Show

24 İyun

Məzmun (content) üzrə mütəxəssis - VAKANSİYA

"MPAY QSC" Məzmun (content) üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Namizədə qoyulan tələblər:

  • Marketinq kommunikasiyası ilə əlaqəli şirkətdə məzmun meneceri, kopirayter və ya hər hansı bənzər vəzifədə iş təcrübəsi;
  • Portfolio (Video kontent üzrə arzuolunandır);
  • Yüksək səviyyədə azərbaycan dilinin qrammatikası biliyi;
  • Təqdimat etmə bacarığı;
  • Kiçik yaradıcı mətnlər, eləcə də böyük məzmun nümunələri yaratmaq bacarığı;
  • Kontent çəkilişinə (TVC, sosial media postu, reel video, tiktok və s.) nəzarət;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

  • Şirkətin məqsədləri və hədəf auditoriyası ilə uyğunlaşan məzmun strategiyasının (format və yayım kanalları daxil olmaqla) hazırlanması və həyata keçirilməsi;
  • Bloq yazıları, məqalələr, sosial media yazıları, videolar, infoqrafika və s. kimi müxtəlif formatlarda yüksək keyfiyyətli, cəlbedici və uyğun məzmunun yaradılması;
  • Məzmun fayllarının yaradılması, təsnifatı və saxlanmasını idarə etmək və məzmunun ən son məlumatları əks etdirməsini və dəqiq olmasının təmin edilməsi;
  • Daxili maraqlı tərəflər üçün layihələrin və ya kampaniyaların, video və audio production işlərinin uğurlu icrasına nəzarət, nəticələrin razılaşdırılmış müddətlərdə əldə edilməsinin təmini; digər şöbələr və ya heyətlər ilə sıx əlaqə;
  • Məzmunun cəlbedicilik səviyyələrini müəyyən etmək üçün analiz qabiliyyəti.

İş şəraiti:

  • Ofis daxili;
  • İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına ([email protected]) göndərəsiniz.