Fins.az xəbər verir ki, "Mars Group Co MMC" "Marketing mütəxəssisi" vakansiyası elan edir.
Tələblər:
-
Ali təhsil
-
Rus və İngilis dili biliklərinin olması arzuolunandır;
-
Marketing meneceri və ya marketinq mütəxəssisi kimi 3 illik təcrübə
-
Marketinq strategiyaları və büdcələri formalaşdırmaq və icra etmək bacarığı;
-
Yaradıcı düşüncə və yanaşma tərzinə malik oub müvafiq ideyaları təklif etmək bacarığı;
-
Rəqəmsal marketing istiqamətləri üzrə biliklərin olması arzuolunandır;
-
Araşdırma, yüksək analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
-
Məqsədyönlü, məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
Vəzifə öhdəlikləri:
-
Şirkətin marketinq və media strategiyalarının hazırlanmasında, konseptin formalaşdırılmasında iştirak etmək;
-
Şirkətin marketinq məlumat baza sisteminin qurulmasını təmin etmək;
-
Bazarda trendlərin, rəqiblərin və bazar payının analiz etmək;
-
Şirkətin ətraf mühitinin və daxili imkanlarının analiz edilməsi və yeni rəqabət üstünlüklərinin hazırlanmasını təmin etmək;
-
Marketinq sahəsində fəaliyyət planının hazırlamaq və rəhbərə təqdim etmək;
-
Yeni məhsulların bazara salınmasını təşkil etmək (yeni ideyalar,reklam,PR etmək bacarığı)
-
Şirkətin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etmək;
-
Şirkətin marketinq ehtiyaclarını müəyyənləşdirməlidir;
-
Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazırlanmasında iştirak etməli, təhlillər aparmalıdır;
-
Şirkət üzrə brend istifadəsinə nəzarət
-
Şirkətin reklam kampaniyalarının hazırlanmasıda iştirak və tədbiq edilməsinə nəzarət etməlidir;
-
Şirkətin PR və Reklam siyasətinin hazırlanması;
-
Gələcək marketinq strategiyalarını formalaşdırmağa kömək etmək üçün marketinq məlumatlarının (kampaniya nəticələri, dönüşüm dərəcələri, trafik və s.) təhlilini aparmaq;
-
Marketing büdcəsini rüblük, illik hazırlanması və effektiv idarə olunması;
-
Marketing xərclərinin analizi və təkmilləşdirilməsi;
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə:
-
5 günlük iş qrafiki
-
İş saatı: 09:00-18:00
-
Rəsmi əmək haqqı: 1200 azn
-
İş yeri: İnşaatçılar prospekti 20. Elmlər Akademiyası metrosunun yaxınlığı.
CV-nizi mövzü hissəsində Marketing mütəxəssisi yazmaqla [email protected] elektron ünvanına göndərə bilərsiz.