Show

07 İyun

Kimyaçı-mühəndis - VAKANSİYA

Göygöl Şərab Zavodu ASC Kimyaçı-mühəndis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Əmək funksiyası:

  • İstehsal prosesinə nəzarət: araq, şərab və konyak istehsalının monitorinqi;
  • Daxil olan materiallara giriş nəzarəti: şüşə qablar, qapaqlar, etiketlər, büzməli qutular;
  • Xammala giriş nəzarəti: kömür, şəkər, bal, bitki xammalı;
  • Xammal və köməkçi materiallardan nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
  • Laboratoriya müdirinin rəhbərliyi və nəzarəti altında normativ sənədlərin tələblərinə uyğunluğu üzrə suyun (giriş, kationit, osmos, yumuşaldırımış su), etil rektifikat-spirtinin, spirti-su qarışığının və arağın (xromatoqrafiya üsulu ilə mikrokomponentlərin təyini), üzümün qəbulu, şərab və şərab materialların, oynaq şərabların, konyak və konyak distillatlarının laboratoriya tədqiqatlarını vaxtında və səmərəli aparmaq;
  • IsaTank programına şərab, şərab materialların və oynaq şərabların fiziki-kimyəvi tədqiqatlarının nəticələrini vaxtında və səmərəli daxil etmək;
  • Laboratoriyanın işi üçün lazım olan bütün titrlənmə metodları, reaktiv və indiqatorların şəxsən hazırlanması.             Reaktiv, titrləmə məhlullarının tipik qurğularını tələb olunan vəziyyətdə saxlamaq, həmçinin reaktiv və laboratoriya qablarının daxil olması və sərfiyyatı hesabatının aparılması və onların düzgün və səmərəli istifadəsi üzərində nəzarət;
  • Suyun, etil rektifikat-spirtinin, arağın, şərab və şərab materialların, oynaq şərabların, konyak və konyak distillatlarının dequstasiyası prosesində iştirak etmək;
  • Sınaq zamanı müşahidələri və nəticələri aydın şəkildə qeyd etmək;
  • Sınaq zamanı keyfiyyət proseduralarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
  • Avadanlıqların istifadəsi zamanı onları yoxlamaq, kalibrə etmək, avadanlıqların dövri qulluq qaydalarına riayət etmək, bu zaman yaranan qeydləri qayda ilə səliqəli şəkildə, tam dolğun aparmaq;
  • Daxili auditlərdə, laboratoriya daxili və laboratoriyalar arası müqaisəli sinaqlarda iştrak etmək;
  • İş prosesi ərzində yaranan istənilən uyğunsuzluq barəsində bilavasitə laboratoriya rəhbərinə məlumat vermək;
  • Laboratoriya rəhbərinin tapşırığı və nəzarəti altında nümunələrin götürülməsi və laboratoriyaya çatdırılması;
  • Tədqiqat metodikasina uyğun olaraq laboratoriya ləvazimatlarının, qablarının hazırlanması (yuyulması və s.);
  • Rəhbərliyin tapşırığı və nəzarəti altında sənədlərin hazırlanması;
  • Daxili nizamnamə və əmək müqaviləsi ilə müəyyən edilmiş şərtləri və öhdəlikləri vaxtında və səmərəli şəkildə yerinə yetirmək.

Tələblər:

  • Kimya laboratoriyasında minimum 3 (üç) il iş təcrübəsi;
  • Ali təhsil (təhsil müəssisəsində ən azı 250 saat kimya)
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00, İşçilər naharla təmin olunur
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Kimyaçı-mühəndis” yazıb [email protected] və [email protected] elektron poçt ünvanlarına göndərməyiniz xahiş olunur.