Show

08 İyun

Ev əşyaları üzrə şöbə müdiri - VAKANSİYA

"Baku Electronics" şirkəti Ev əşyaları üzrə şöbə müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Mağazaların performanslarını yaxından təqib etmək (kateqoriyalar satış hədəflərini yerinə yetirilməsi prosesinə nəzarət, otalalma çek (ATV), ceklər üzrə məhsul sayı (UPT), mal qaytarma göstəricilərinə nəzarət (RR),  həftə içi və həftə sonu satış həcmlərini ,həftəlik satışların müqayisəsi ,aylıq satışların müqayisəsi, satış məsləhətçilərinin satış performanslarının müqayisəsi , mağazaların m2 düşən satış , satıcı başına düşən satış, mağazaya daxil olan müştəri sayının məhsulu  alan müştəri sayına nisbəti (CR) və.s.); 
  • Mağazaların satış performansını aşağı salan səbəbləri aydınlaşdırmaq, performasın artırılması ilə bağlı təkliflər hazırlamaq və mağazaların satış hədəflərinə çatmalarını təmin etmək;
  • Satış heyətinin mağaza daxili rotasiyasının effektiv şəkildə idarə etmək;
  • Mağazalarda şirkətin standartları çərçivəsində fəaliyyəti təşkil etmək , Şirkətin siyasətinin  və prosedurlarının icrasına nəzarət etmək;
  • Mağazalarda olan daxili və xarici reklam materiallarının sağlam olmasını , şirkət tərəfindən təyin edilmiş standartlara uyğun nümayiş etdirilməsini yoxlamaq;
  • Mağazaların əsas vəsaitlərinin mövcudluğunu və onların istifadəyə uyğun olmalarını yoxlamaq;
  • Mağazalara daxil olanların həftəlik və aylıq hesabatını hazırlamaq və Rəhbərliyə təqdim etmək;
  • Mağazada olan maddi dəyərlərin mövcud sayını çıxarmazdan əvvəl mağazaların prosesə hazırlıq vəziyyətlərini yoxlamaq , prosesin gedişatına  nəzarət etmək (ehtiyac olduğu halda iştirak etmək),  yekunlar barədə department direktoruna hesabat vermək;
  • Mağazaların cari təsərrüfat məhsulları ilə təminatını yoxlamaq;
  • Satış hədəflərinin hazırlanmasında iştirak etmək, hədəfləri mağaza müdirlərinə kommunikasiya etmək və icrasınına nəzarət etmək;
  • KPİ ların təyin edilməsində iştirak etmək və onların icrasını təmin etmək; 
  • Mağazaların merçendayzinq standartlarına uyğun vitrin sərgilənməsinə, təmizlik və səliqə səhmanına, məhsulların qiymətliklərinin qaydasında olmasına, işçinin geyim kodeksinə riayətinə nəzarət;
  • Mağazalara müraciət edən müştərilərə satış prosedurlarına uyğun xidmət göstərilməsi və müştəri məmnuniyyətinin ən üst səviyyədə tutulması, işçinin satış prosesini sona qədər düzgün təşkil etməsinə nəzarət etmək;
  • Kollektiv və fərdi maddi məsuliyyət müqaviləsindən irəli gələn tələblər çərçivəsində mağazalarda əsas vəsait və stok dövriyyəsini nəzarətdə saxlamaq;
  • Yeni mağaza yerləşimləri üzrə təkliflər vermək və yeni acılacaq mağazalar üzrə təmir, tikiniti və istifadəyə verilməsi prosesinə nəzarət etmək. Mağazalar üzrə aylıq PNL hazırlamaq və xərclərə nəzarət etmək;

Tələblər:

  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək 
  • Əmək və nizam-intizam qaydalarına riayət etmək 
  • İş mühitinə uyğunlaşmaq, kollektivlə birgə işləmək
  • Vəzifədən irəli gələn təlimatları, prosedurları yerinə yetirmək
  • Loyallıq və şirkət qaydalarına riayət etmək
  • Stresə davamlı olmaq
  • İnkişafa meylli olmaq
  • Təşəbbüskar olmaq
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını bilmək.

İş şəraiti:

  • İş yeri: Baş ofis
  • İş qrafiki: 5 günlük, 09:00-18:00
  • Əmək haqqı: müsahibə əsasında

Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.