"Baku Electronics" şirkəti Telemarketinq mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Xüsusi tələblər:
- Satış sahəsi üzrə minimum 6 ay və ya 1 il iş təcrübəsinə sahib olmaq;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Ünsiyyət qurma və inandırma bacarığı;
- Azərbaycan və Rus dillərində səlis danışıq və yazı qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Müştəri müraciəti və etirazı ilə işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Müştərilərlə əlaqə saxlayıb, şirkətin təqdim etdiyi təkliflərlə tanış etmək;
- Əlaqə saxlanılmış müştərilərə müvafiq məlumatları göndərmək;
- Satış prosesinin tamamlanmasını təmin etmək;
- CRM proqramına məlumatları düzgün şəkildə daxil etmək;
- Satış üzrə qoyulan hədəflərə çatmaq;
- Təyin olunmuş sorğuları həyata keçirmək;
Qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.