"PASHA Bank" Treydinq şöbəsi üzrə Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az bankın vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Təsvir:
- Yerli və xarici bazarlarda istiqrazların ticarəti;
- Pul bazarı alətlərindən likvidliyin idarə olunması və gəlir artırmaq məqsədilə effektiv istifadə;
- Törəmə maliyyə alətlərinin qiymətləndirilməsi və ticarətinin həyata keçirilməsi;
- Bank üçün ən əlverişli əməliyyatların həyata keçirilməsi üçün yerli və beynəlxalq kapital bazarı imkanlarının araşdırılması;
- Gəlir artırmaq məqsədilə fərqli investisiya alətlərinin araşdırılması və tədbiqi;
- Yerli və xarici banklar/brokerlər ilə Repo/Əks-Repo əməliyyatlarının həyata keçirilməsi;
- Lazımi hesabatların keyfiyyətinə və dəqiqliyinə nəzarət etmək, daxil edilmiş məlumatların doğruluğunun təmin edilməsi;
- Bütün proses və prosedurların ən yaxşı təcrübəyə, Bankın davranış qaydalarına və normativ tələblərə uyğun olmasının təmin edilməsi.
Tələblər:
- Təhsil: Maliyyə sahəsi üzrə Bakalavr və ya Magistr dərəcəsi;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
- Xarici dil bilikləri: İnglis dili (səlis), Rus dili (üstünlük verilir);
- Yüksək səviyyədə kommunikasiya bacarıqları;
- Komputer bilikləri: Yüksək səviyyədə MS Excel bilikləri (excel, power point), Bloomberg;
- Beynəlxalq sertifikatlar: CFA level 2 (üstünlük verilir);
- Kapital bazarları, törəmə maliyyə alətləri barədə dərin biliklər.
Müraciət üçün LİNKƏ daxil olun