STEM İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Namizədə tələblər:
- Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək
- Güclü kommunikasiya və təqdimat bacarığı
- Jurnalistika, Dövlət və İctimai münasibətlər və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
- Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı
- Kollektivdə çalışmaq qabiliyyəti
- Güclü şəbəkə bacarıqları
İş barədə məlumat:
- Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi
- Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması
- Mətbuatın monitorinqi və aidiyyatı xəbərlərin toplanması;
- Hesabatların hazırlanmasında iştirak;
- Stem Şirkətin nüfuzunu qorumaq məqsədi ilə mətbuatda yayınlanan xəbərlərin monitorinqini aparmaq;
- Müştəri və partnyorlar üçün tədbirlər təşkil etmək;
- Sorğular tərtib edilməsi və aparılması;
- Əmək haqqı: 1800-2000 AZN
Əlaqə: [email protected]