"Collezione Italia" şirkəti İnteryer dizayner vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə barədə məlumat:
- Müxtəlif dizayn işlərinin hazırlanması;
- Kreativ düşüncəli, zövqlü olmalı;
- Verilmiş təlimatlar və informasiya əsasında, dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- Şirkətin dizayn tələblərinə uyğun olaraq mağaza dizaynının ideyasının konsepsiyadan təfərrüatlı dizayn mərhələsinə çatdırılmasını təmin etmək;
- Mağaza təmiri və alternativ vitrin formatları ilə bağlı müxtəlif dizayn formaları hazırlamaq və tətbiq etmək
- Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
- Rəhbərliyə görülmüş işlər barədə həftəlik və aylıq hesabatların işlənib təqdim edilməsi.
Tələblər:
- Ali təhsil (Memarlıq sahəsi üzrə ali təhsilinin olması arzu olunandır)
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi arzu olmalı;
- Proqram bilikləri: - Autocad , Photoshop, 3D max mükəmməl bilməli.
- SketchUp Pro və Archicad- proqramlarını bilməsi üstünlükdür
- Dil bilgiləri: Azərbaycan, Rus dillərində yüksək yazılı və şifahi nitq;
- Zəruri hallarda ölçü götürmək üçün məkana getməli;
- Planlaşdırma, analiz bacarığı, dəqiqlik, səbrlilik və punktuallıq;
- Stresə davamlılıq, nəticə yönümlülük;
- Komandayla çalışmağı bacarmalı, sürətli ve praktik olmalı.
Şərtlər:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;
- Lyuks brendlərlə çalışmaq imkanı;
- Həftə ərzində 6 iş günü; Bazar günü – istirahət
- İş saatı: 10:00-19:00.
- Əmək haqqı: Təcrübədən asılı olaraq təyin olunur.
Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin ([email protected]) mövzu hissəsində “İnteryer Dizayner” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.