”AZ Logistika and Management Services” MMC 2009-cu ildən fəaliyyətə başlamış yerli şirkətdir. Şirkətin adı yeni müəssisənin, nəqliyyat və logistika xidmətlərinin geniş spektri üzrə inkişaf etməyə davam edən irimiqyaslı işgüzar fəaliyyəti əhatə edən strategiyasını əks etdirir.
-
Təhlükəli yüklərin daşinmasi,
-
Neft məhsullarinin daşinmasi,
-
Çirkab və sənayə sularinin daşinmasi və utilizasiyasi,
-
Ağir yüklərin daşinmasi, beynəlxalq daşimalar, icarə xidmətləri.
Biz işimizi keyfiyyətin yüksək standartı ilə təmin edən ISO sertifikatlı şirkətik.
Fins.az xəbər verir ki, ”AZ Logistika and Management Services” MMC "Mühasib operator" vakansiyası elan edir.
İş barədə məlumat:
-
Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
-
1 C 8.3 proqramında sənədlərin formalaşdırılması: malların və materialların hərəkəti (köçürmə, silinmə, inventarların, məişət aksesuarlarının, təkrar istifadə olunan materiallarla əməliyyatlar və s.) istismara verilməsi
-
Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət
-
Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması
-
Mühasibat uçotunda materialların hərəkəti üzrə mühasibat əməliyyatlarının düzgün rəsmiləşdirilməsinə aylıq nəzarət
-
Hesabat dövrü başa çatdıqdan sonra malların və materialların hərəkəti üzrə ilkin uçot sənədlərinin əslinin mühasibatlığa çatdırılmasına nəzarət
-
Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək
-
Bank əməliyyatlarının həyata keçirilməsi
Namizədə tələblər:
-
Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
-
İş stajı : ən azı 1-3 il iş stajının olması
-
İngilis dili biliyi arzu edilir
-
Yaş həddi: 25-35
-
Məsuliyyətli, operativ, dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq.
AR ƏM əsasən rəsmiləşmə
Əmək haqqı 600-800 man
İş rejimi: 5 günlük, saat 08:00-dan 17:00-dək
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi
CV-i [email protected] elektron ünvanına göndərə bilərsiz.