Show

15 May

İnsitusional Bankçılıq və Marketinq Departamentinin Direktoru (direktor müavini) - VAKANSİYA

TuranBank inkişaf edən peşəkar komandası ilə müştərilərinə beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli xidmət göstərən, cəmiyyətin sosial həyatında aktiv iştirak edən, investorlarının investisiyalarının dəyərinin artımını təmin edən dinamik inkişaf edən etibarlı və şəffaf bankdır.

Fins.az xəbər verir ki, "TuranBank"  "İnsitusional Bankçılıq və Marketinq Departamentinin Direktoru (direktor müavini)" vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Mövcud və gələcək məhsul və xidmətlərə qarşı bazar tələblərinin müəyyənləşdirilməsini təşkil edərək, bankın bazarda təqdim etdiyi xidmətlər üzrə media fəaliyyətlərini koordinasiya etmək;
  • Şirkətin rəqəmsal marketinq fəaliyyətlərinin icrasını təmin etmək;
  • Müştərilərin tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizini hazırlamaq;
  • Rəqabət analizi və təhlillərin aparılmasını təmin etmək;
  • Müştəri bazası, məhsul və xidmətlərin analiz prosesini təşkil etmək, reklamların sifarişə və hazırlanmasına nəzarət etmək;
  • Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələri təşkil və həyata keçirmək;
  • Marketinq sahəsinin inkişafı məqsədilə, daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
  • Şirkətin strateji marketinq planının hazırlanması və icrasını həyata keçirərək, tabeliyində olan komandanı idarə etmək;
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini

Vəzifəyə qarşı tələblər:

  • Ali təhsil (Marketinq və ya Biznes Menecment sahəsində üstünlükdür);
  • Marketinq sahəsində 3-5 il iş təcrübəsi mütləqdir;
  • Azərbaycan və Rus dilləri sərbəst, ingilis dili arzuolunandır;
  • Yüksək analitik qabiliyyət, ünsiyyət və təqdim etmə bacarıqları;
  • Dürüstlük, məsuliyyətlilik,çeviklik, idarəetmə bacarığı;
  • Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
  • Komandada işləmə və komandanı idarəetmə;

Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda (//hr.turanbank.az/home) qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.