Show

13 May

KİB Kreditlərin İzlənməsi və Nəzarət üzrə Mütəxəssis - VAKANSİYA

2007-ci ildə yaradılmış PAŞA Bank Azərbaycanın aparıcı korporativ bankıdır. Biz investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edirik. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə - aqrobiznes, nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.
PAŞA Bank kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-3 özəl bankları siyahısına daxildir. 30 dekabr 2020-ci il tarixinə olan göstəricilərə görə bankın kapitalı 559 milyon AZN-dən artıq, aktivlərinin səviyyəsinə görə isə 5,516 milyon AZN*-dən çox olmuşdur. Aparıcı banklardan biri olan PAŞA Bank davamlı və stabil inkişaf göstəricilərini daha da möhkəmləndirməkdədir. Rəqəmlərlə bağlı ətraflı məlumatı "Maliyyə hesabatlar" bölməsindən əldə edə bilərsiniz.

Fins.az xəbər verir ki, "PASHA Bank" "KİB Kreditlərin İzlənməsi və Nəzarət üzrə Mütəxəssis" vakansiyası elan edir.

İşiniz nədən ibarətdir?

  • Təhkim olunduğu KİB müştərilərin keyfiyyətinə və kəmiyyətinə nail olmaq;

  • Kredit təyinatının KİB müştərisi tərəfindən məqsədyönlü istifadəsini yoxlamaq;

  • Monitorinqin satışa təsirini artırmaq (vaxtında müştəri haqqında tam məlumat vermək);

  • KİB riskli müştəriləri üçün müxtəlif fəaliyyət planlarını artırmaq;

  • Müştərilərin kredit ödənişlərinə, gecikmələrinə və ödəmə planı haqqında məlumatları toplamaq;

  • Müştəri tərəfindən kredit verilməmişdən əvvəl razılaşdırılmış biznes və maliyyə şərtlərinin yerinə yetirilməsinə nail olmaq;

  • Riskli müştərilərin vaxtında baxış siyahısına daxil edilməsinə, azaldılması planlarının yerinə yetirilməsinə və müştəri davranışlarını izləmək;

  • Risk məsələləri ilə bağlı digər komandalara dəstək vermək;

  • Bankın risk siyasətinə uyğun olaraq kredit izləmə prosedurlarını hazırlamaq;

  • Əsas makro və sənaye amillərinin Kredit portfelinə təsirini araşdırıb, müəyyənləşdirib və kredit risklərini minimuma endirmək üçün tədbirlər görmək;

  • Monitorinq zamanı beynəlxalq (PD) və daxili (MB tələbləri) reytinq hesablanmasına nəzarət və s.

Tələblər:

  • Təhsil: Maliyyə və İqtisadiyyat üzrə ali təhsil;

  • Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi; 

  • Lisenziya / Sertifikat: - ACCA, Maliyyə modelləri üzrə sertifikatlar, CFA, CRM arzuolunandır;

  • Xarici dillər: İngilis;

  • Kompüter bilikləri: MS Office, Excel, Word və s;

  • Məhsul üzrə biliklər: Bank məhsulları;

  • Başqa tələblər: - Maliyyə hesabatı anlayışı, Güclü ünsiyyət bacarıqları, Yenilikçi düşüncə və özünü inkişaf etdirməyi təşviq etmək, Sənaye üzrə bizneslərin analizi, Xarici risk faktorlarını və dinamikasını kredit portfelinə tətbiq etmək bacarığı.

Ətrafl məlumat üçün linkə keçid edin.