Show

13 May

Kiçik mühasib - VAKANSİYA

Gədəbəy rayonu yalnız tarixi və qədim abidələri ilə deyil, həm də gözəl iqlimi, səfalı bulaqları ilə də məşhurdur. Belə məşhur bulaqlardan biri də rayonun Slavyanka kəndində yerləşən “Novlu” bulağıdır. Özünəməxsus xüsusiyyətlərə və müxtəlif faydalı minerallara malik bu bulağın suyu 2004-cü ildən Gədəbəy Mineral Suları MMC şirkəti tərəfindən “Gədəbəy” və “Slavyanka – 1” markaları ilə istehsala buraxılır. Suya olan tələbatı nəzərə alaraq 2010-cu ildə Gədəbəy rayonunun Zəhmət kəndində dünya standartlarına uyğun yeni texnologiyalarla təchiz olunmuş fabrik istifadəyə verilmişdir. 2014-cü  ildən isə limonad fabriki fəaliyyətə başlamışdır. Hal-hazırda Gədəbəy Mineral Suları” MMC-də fəaliyyətdə olan iki fabrikada 6  texnoloji xətt quraşdırılmışdır. Bu xətlərdə pet və şüşə butulkalarda 38  çeşiddə müxtəlif həcmli qazlaşdırılmış və qazlaşdırılmamış mineral su, limonad məhsulları istehsal olunur.

Fins.az xəbər verir ki, "Gədəbəy Mineral Suları" MMC "Kiçik mühasib" vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Hesab fakturaların hazırlanması

  • E-qaimələrin hazırlanması,göndərilməsi və təsdiqi

  • Bank ödəniş tapşırıqlarının yazılması

  • Bank vasitəsi ilə online ödənişlərin edilməsi,daxil olan ödənişlərin müştərilər üzrə Logo Tiger ve 1C 8.3 proqramlarında sistemə işlənilməsi,

  • Gündəlik gələn məhsul və xidmət qaimələrini yoxlanıb, ERR-ə işlənilməsi,

  • Rəhbərlik tərəfindən gələn digər tapşırıqların yerinə yetirilməsi.

Tələblər:

  • Ali təhsil Mühasibatlıq

  • Müvafiq sahədə 6 aydan  az olmayaraq iş stajı;

  • Ofis və ERP, Logo Toger və 1C 8.3 proqramlarında işləmək bacarığı;

  • Analitik düşünmə bacarığı

  • Ünsiyyətcil, təşəbbüskar

  • İşdə dəqiqlik və  detallara fikir vermə qabiliyyəti

Müraciət etmək istəyən namizədlərdən cv-lərini [email protected] mail ünvanına mövzu hissəsinə “Kiçik mühasib”  qeyd edərək göndərmələri xahiş olunur.