Show

13 May

Auditor - VAKANSİYA

“ICELAND” ticarət markasının tarixi 1998-ci ildən, yəni şirkətin təsisçiləri dondurma istehsalı zavodu yaratmaq qərarına gəldikdən sonra başlayır. Kiçik bir istehsal sexindən ibarət olan zavodun yaradılmasının ilkin dövrlərində dondurma istehsalı üçün Türkiyəyə məxsus texnologiya və avadanlıqlardan istifadə edilirdi. Ən yaxşı təcrübələrin müvəffəqiyyətlə tətbiqi, irəliyə doğru dinamik və sürətli inkişaf şirkətin qısa zamanda daxili bazarda hökmran mövqeyə yiyələnməsinə şərait yaratdı. 2000-ci ildə, ilk dəfə olaraq müəssisə yerli dondurma məhsullarını qablaşdırmağa başladı və “Bakinka” adlı ilk brend satışa çıxarıldı.

Fins.az xəbər verir ki, "Camal" LTD "Auditor" vakansiyası elan edir.

Vəzifə öhdəlikləri:

  • Audit obyektlərinin həcmini müəyyən etmək;

  • Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;

  • Anbarda mövcud olan məhsulların sayımını həyata keçirmək və sayım nəticələrini raportlamaq;

  • Audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparır;

  • Mənimsəmə və saxtakarlıq hadisələrin araşdırılmasında Departamentin adından iştirak edir;

  • Daxili nəzarət sistemlərinin adekvatlığının, səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsi işini həyata keçirir;

  • Ödənişlərin və satışın effektivliyini nəzərə alaraq aktivlərin idarə edilməsinə nəzarət edir, şirkətin aktivlərinin qorunması vasitələrini qiymətləndirir;

  • Şirkətdaxili kompaniyaların şərtlərinə uyğun olaraq malların anbardan təhvil alınıb müştərilərə çatdırılması prosesinə nəzarət edir.

Namizədə dair tələblər:

  • Kişi namizəd

  • Müvafiq sahədə ali təhsil (Maliyyə, İqtisadiyyat və s. sahələrdə)

  • Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsi

  • Şifahi və yazılı ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı

  • Səlis Azərbaycan dili bilikləri

  • İrəli səviyyədə MS Office ( Word, Excel, Outlook) bilikləri

  • Şəxsi avtomobil

Əlavə məlumatlar:

  • 6 günlük iş rejimi

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcək.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Auditor” qeyd olunmaqla, göndərə bilərlər.