Show

13 May

Satış mütəxəssisi - VAKANSİYA

Vision Academy, qurulduğu gündən bəri bir çox sahələrdə xidmət göstərir. Hədəflərinə sadiq qalaraq Vision Academy, elm öyrənmək və bilik əldə etmək istəyənlərin əsas seçimlərindən biri olmuşdur. Mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək vermək və bu sahədə yeniliklər yaratmaqdır. Bu hədəflərə çatmaq üçün bizimlə işləyən işçilərimizlə qürur duyuruq və sizi dost komandamıza qoşulmaqla Vision ailəsinin bir hissəsi olmağa dəvət edirik.

Fins.az xəbər verir ki, "Vision Academy" "Satış mütəxəssisi" (tədris mərkəzinə) vakansiya elan edir.

Vəzifə və öhdəliklər:

  • Satışı onlayn və real şəkildə həyata keçirmək;

  • Müvafiq təhsil xidmətləri haqqında tələbələrə və valideyinlərə onlayn şəkildə məlumat vermək;

  • Gələn zəngləri cavablandırmaq, mövcud üstünlükləri və imkanları onlara çatdıraq; 

  • İstənilən sualları və ya narahatlığı həll etmək və lazım gəldikdə əlavə məlumat vermək, prosesləri daimi izləmək.;

  • Müəssisənin tələbələri ilə mütəmaadi olaraq əlaqə qurmaq xidmət və yeniliklər barədə məlumatlar vermək;

  • Aylıq satış planını tərtib etmək;

  • Təhsil sahəsindəki tendensiyalar və inkişafları izləmək və proqramın təkmilləşdirilməsi üçün fikir və tövsiyələr vermək;

  • İdarə heyətinə işin nəticələri barədə hesabatları təqdim etmək;

  • Müvafiq hesabatlar hazırlamaq (gündəlik/həftəlik/aylıq);

  • Tələbələrə aid məlumatların  müvafiq sistemdə qeydiyyatını aparmaq;

  • Rəhbərlik tərəfindən qoyulmuş aylıq satış hədəflərini yerinə yetirmək:

Tələblər:

  • Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);

  • İnstagram, Whatsapp, Facebook və telefon zəngi üzərindən yüksək satış bacarığı;

  • Satış və ya müştəri xidmətləri sahəsində 1-2 il iş təcrübəsi (Telesatış üzrə iş təcrübəsi üstünlük hesab olunur);

  • Azərbaycan dilini səlis bilməlidir, rus və ingilis dili arzuolunandır;

  • Yüksək satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;

  • Ünsiyyət və rəqabət yönümlü bacarıq;

  • Yüksək motivasiya və satış sahəsində təsdiq olunmuş hədəfləri tətbiq etmək bacarığı.

İş haqqında:

  • ARƏM uyğun işə qəbul;

  • İş saatı: 09:00-18:00;

  • İş qrafiki: 6 günlük.

Əmək haqqı: 500 - 800 AZN + etdiyi satışdan 5%

Ünvan: Elmlər metrosunun yaxınlığı, BDU ilə üzbəüz, Zahid Xəlilov küçəsi 25B.

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış mütəxəssisi” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.