Show

12 Aprel

İnsan resursları şöbəsinin müdiri - VAKANSİYA

İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankı (ETDB) insan resursları şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

İş haqqında:

Bank İnsan resursları (İR) şöbəsinin müdiri və Maliyyə məsələləri üzrə vitse-prezidentinin rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərərək, İR xidmətlərinin Bankın siyasət və prosedurlarına uyğun olaraq planlaşdırılmasını və həyata keçirilməsini təmin edir. Bankın bu cür fəaliyyət siyasəti işçilərin fəaliyyətinin yaxşılaşdırılması və Bankın məqsədlərinə nail olmaq məqsədi ilə həyata keçirilir.

İnsan resursları şöbəsinin rəhbəri prezident, vitse-prezidentlər və bütün şöbə müdirləri ilə sıx əməkdaşlıq edir

Namizədlər aşağıda göstərilən təcrübə və bacarıqlar malik olmalıdır:

  • Maliyyə/Biznesin idarə edilməsi/İqtisadiyyat və digər sahələr üzrə bakalavr dərəcəsi (Bu sahələr üzrə magistr dərəcəsi olanlara üstünlük verilir);
  • İnsan resursları sahəsi üzrə ümumi biliklər; 
  • Böyük kommersiya/investisiya bankında və ya beynəlxalq maliyyə institutunda minimum 12 il iş təcrübəsinin olması üstünlükdür;
  • İngilis dilində yüksək səviyyədə yazı və danışıq bararıqları;
  • Güclü ünsiyyət bacarıqları
  • Sürətli qərar qəbul etmə bacarıqları;
  • Yüksək təzyiq altında işləyə bilmək;
  • Detallara yüksək diqqət və məxfiliyi qoruya bilmə bacarıqları;
  • Problem həll etmə və analitik bacarıqlar.

İnsan resursları ( İR ) şöbəsinin müdirinin vəzifələrinə aşağıdakılar daxildir:

  • Bank üçün İR strategiyalarının təkmilləşdirilməsi və icrasını, İR funksiyalarının səlis işləməsi və təşkilatın ümumi uğuruna töhfə verməsini təmin etmək;
  • İR siyasətlərinin, prosedurlarının və pozitiv iş mühitini təşviq etmək üçün təşəbbüslərinin həyata keçirilməsi və inkişaf etdirilməsi, həmçinin əmək qanunlarına riayət olunmasının təmin edilməsi;
  • Bankın işə qəbul, kompensasiya, karyera planlaması, yüksəliş, intizam prosesləri, performans qiymətləndirilməsi, ayrılma və bu kimi digər bütün İR proseslərinin planlaşdırılması və idarə olunması;
  • İllik təlim proqramının hazırlanması və səmərəli şəkildə həyata keçirilməs;.
  • Aylıq əməkhaqqı, müavinət, faydalar və məzuniyyətlərin idarə edilməsi;
  • Əmək müqavilələrinin hazırlanması kimi İR əməliyyat məsələlərinin idarə edilməsi, İR idarəetmə sisteminin və kadr fayllarının saxlanması;
  • Bankın Pensiya Planı ilə bağlı əməliyyat məsələlərini idarə etmək;
  • İşçilərin sağlamlıq və həyat sığortası planları, həmçinin əməliyyat məsələləri ilə bağlı bütün işlərin idarə olunması;
  • İşçi münasibətləri, faydalar, siyasətlər və prosedurlar daxil olmaqla müxtəlif İR ilə bağlı məsələlərdə işçilərə dəstək və təlimatların təmin edilməsi;
  • Ən yaxşı İR təcrübələrinə, sənaye tendensiyalarına və qüvvədə olan qanunlara uyğunluğun təmin edilməsi.

Ünvan: İstanbul, Türkiyə Respublikası

Müqavilə növü: Müddətli

Müqavilə müddəti: 1 il (qənaətbəxş icra edildikdən sonra yenilənə bilər)

Müraciətin bitmə tarixi: 3 may 2024-cü il

Namizədlərdən öz CV-lərini e-mail ([email protected]) ünvanına göndərmələri xahiş olunur.