Azərbaycanda şirkətlərdən biri Kommersiya direktoru vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
İş yeri: Cəlilabad rayonu;
İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 3 il;
Təhsil: Ali;
Vəzifə öhdəlikləri:
- “Cəlilabad Mall”-da açılacaq təmir və tikinti materialları, cehizlik malları, məişət avadanlıqları və s. bölmələrinin idarə edilməsi ilə bağlı direktorla birlikdə kommersiya planı yaratmaq, bazar araşdırmasının və təhlilin aparılması;
- İnkişafın sürətləndirilməsi üçün şirkətin məqsədlərinə uyğun olaraq kommersiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
- Maliyyə hədəflərinin müəyyən edilməsi, xərclər və büdcənin hazırlanmasının monitorinqinin həyata keçirilməsi;
- Mövcud müştərilərin tələblərini müəyyən etmək və müştəri məmnuniyyətinin təmin edilməsi;
- Kommersiya fəaliyyətinin icrasına nəzarət edilməsi və üst rəhbərlik üçün hesabatların hazırlanması;
- Təchizat zəncirinin qurulması və idarə edilməsi;
- Sosial şəbəkələrdə marketinq işinin təşkil edilməsi;
- Sosial media platformaları üçün (İnstagram, Facebook, Linkedİn və s.) günlük və həftəlik kontentin hazırlanması (foto,reels,mətn və.s) və paylaşmasını təmin etmək;
Tələblər:
- Tikinti materialları cehizlik malların və məişət avadanlıqlarının satışı (Omid və Kristal konseptində ticarət mərkəzlərində olması üstünlükdür) üzrə təcrübəsinin olması vacibdir.
- Müvafiq normativ hüquqi aktlar, qaydalar, təlimatları bilməlidir;
- Rus dili biliyi üstünlükdür;
- MS Office proqramlarından istifadə bacarığı;
- Problem həll etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Diqqətlilik və dəqiqlik.
Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsnasında təyin olunacaqdır.
İş şərtləri:
- 6 günlük iş həftəsi;
- İstirahət günü: Bazar
Müraciət qaydaları:
CV-nizi elektron poçt ([email protected]) ünvanına mövzu hissəsində vəzifə adını – “Kommersiya üzrə direktor” yazıb göndərməklə müraciət edə bilərsiniz.