"Bilgah Beach Hotel" xilasedici vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Vəzifə öhdəlikləri:
- Hovuzun kənarında növbə çəkmək, hovuz və sauna avadanlığının işinə nəzarət etmək.
- Qonaqların hovuz və sauna ərazisində təhlükəsiz və rahat olmasını təmin etmək.
- Suda boğulanlara operativ yardımın göstərilməsi üçün xilasetmə vasitələrinin hazırlığına nəzarət etmək.
- Müxtəlif vasitə, metod və üsullardan istifadə etməklə üzmək öyrədilməsinin təşkili.
- Suda bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq üçün müştərilərə təhlükəsiz davranış qaydalarını izah etmək.
- Avadanlıq və mülkiyyətin qorunmasını, yanğından mühafizəni və xilasetmə postunda sanitar vəziyyəti təmin etmək.
- Əmək intizamı, texniki təhlükəsizlik qaydalarına riayət etmək və müəyyən edilmiş sənədləşdirməni aparmaq.
- Fövqəladə hallarda müştərilərə təcili yardım göstərmək
- Həkimin gəlməsindən əvvəl ilk yardım göstərmək.
- Özünün fiziki və xüsusi tibbi hazırlığını təkmilləşdirmək.
- İcra edilən işlə bağlı aşkar edilmiş bütün pozuntular və çatışmazlıqlar barəsində birbaşa rəhbərini məlumatlandırmaq.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
Vəzifəyə dair tələblər:
- Xilasedici vəzifəsində, minimum 1 il iş təcrübəsi
- Vəzifə üzrə müvafiq sertifikat.
- Məsuliyyətli, diqqətli və ünsiyyətcil, yüksək idarəetmə bacarığı olmalı
- Yüksək işgüzarlıq qabiliyyəti və kollektivlə işləmək bacarığı
CV-nizi aşağıda qeyd edilən mail adresinə göndərin.
E-poçt: [email protected]