"JOY Travel" şirkəti getmə turizmi üzrə menecer vəzifəsinə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.
Öhdəliklər:
- Turpaketlərin hazırlanması və satışı
- Aviabiletlərin bronlaşdırılması və satışı
- Otellərin bronlaşdırılması və satışı
- Viza dəstəyi
- Transfer və Sığorta xidmətlərini bronlaşdırılması və satışı
- Turistlərin səyahətdən öncə və səyahət zamanı doğru istiqamətləndirmək
- Göstərilmiş xidmətlər barədə cari hesabatların təqdim edilməsi
- Tur sorğularını doğru və zamanında cavablamaq.
Tələblər:
- B2B, GDS və digər online sistemlərlə işləmək bacarığı
- Azərbaycan (səlist), Rus və İngilis dillərini bilmək
- Resurslardan doğru və operativ istifadə etmək bacarığı
- Turistlərlə doğru ünsiyyət qurmaq və maarifləndirmək bacarığı
- Minimum 3 il Getmə turizmi üzrə təcrübə.
İş şəraiti və iş qrafiki:
- İş yeri JOY Travel MMC-nin Azure Business Center-in 6-cı mərtəbəsində yerləşən ofisindədir
- İş günləri: Həftə içi saat: 10:00-18:00, Şənbə günü: 10:00-15:00
- İstirahət: Bazar və bayram günləri.
Əmək haqqı və Məzuniyyət:
- Əməkdaşlar, mövcud qanunvericiliyin tələbi əsasında Əmək müqaviləsi ilə işə qəbul olunur.
- Əmək haqqı: icbari tutulmalar və vergilər çıxıldıqdan sonra 1000 azn + bonus
- Məzuniyyət müddəti 30 təqvim günü və işçinin rəsmi iş ilindən, həmçinin digər güzəştləri nəzərə almaqla təyin olunur.
Tələblərə cavab verən namizədlərdən CV-ləri göndərərkən başlıq yerində “Outgoing” qeyd etməyini xahiş edirik.
E-poçt: [email protected]