Show

13 Mart

Biznes proseslərinin idarə edilməsi üzrə mütəxəssis- VAKANSIYA

Kontakt Home “Kontakt Mobile” olaraq 2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk kiçik mağaza ilə fəaliyyətə başlayıb. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olunub. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikimizin istehsal etdiyi mebellər də mağazalarımızda satışa çıxarılmış, bununla da “Home” konsepti tamamlanmışdır.

Fins.az xəbər verir ki, "Kontakt Home" "Biznes proseslərinin idarə edilməsi üzrə mütəxəssis" vakansiyası elan edir.

Təsvir:

  • Prosedurların təsdiqi, elan edilməsi və arxivləşdirilməsi proseslərini idarə etmək.
  • Yeni biznes proseslərinin tətbiqi üçün müvafiq tələblərin müəyyənləşdirilməsi;
  • İş axışlarının “AS IS” və “TO BE” modellərin tərtib edilməsi və birbaşa rəhbərə təqdim edilməsi;
  • Proseslərin effektivliyinin ölçülməsi üzrə zəruri tədbirlərin görülməsi, biznes proseslərin monitorinqinin keçirilməsi;
  • Əməliyyat sistemi üzərindən proseslərin izlənilməsi və onların normativ sənədlər formasında tərtib edilməsi;
  • Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
  • Biznes proseslərini tənzimləyən daxili normativ sənədlərin hazırlanması və yenilənməsi;
  • Dərc edilmiş prosedurların icrası və hesabatın verilməsi.
  • Birbaşa rəhbərinin tapşırıqlarının vaxtında və keyfiyyətli yerinə yetirilməsi, və sorğu əsasında hesabatın təqdim edilməsi.

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi və ya əlaqəli ixtisaslar üzrə), MBA diplomu arzu olunandır;
  • Biznes proseslərinin idarə olunması üzrə və yaxud Biznes konsaltinq sahəsində 1 il iş təcrübəsi;
  • Azərbaycan dili biliyi həm yazı, həm şifahi əla, ingilis dili və rus dili biliyi arzu olunandır;
  • Microsoft Office proqramları (Excel, Word, Visio, PowerPoint);
  • ERP/BPM proqram təminatların, ən azı birindən, istifadə təcrübəsi arzu olunandır.

İş şəraiti:

  • İş qrafiki: 9:00-18:00
  • İş günləri: I-V günlər

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Ətraflı linkə keçid alın