Show

13 Mart

Marketinq mütəxəssisi - VAKANSİYA

APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir. Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir. 

Fins.az xəbər verir ki, "Apar Ride" "Marketinq mütəxəssisi" vakansiyası elan edir

İş barədə məlumat:

  • Startapın məqsədlərinə uyğun olaraq yaradıcı və yenilikçi marketinq strategiyalarının hazırlanmasında iştirak etmək
  • Potensial istifadəçiləri cəlb etmək və müştəri məmnuniyyətini artırmaq məqsədilə tədbirlər, reklam kampanyalarının təşkili
  • Bazar araşdırmalarının aparılması, strategiyaların bu məlumatlara əsasən təkmilləşdirilməsi
  • İstifadəçi rəylərinin toplanması və analizi
  • Mobil tətbiqin istifadəçi sayını artırmaq üçün strateqiyalar hazırlamaq
  • Mövcud istifadəçiləri seqmentlərə ayırmaq və hər birinə uyğun təkliflər hazırlamaq
  • Sosial media, google və s. kimi reklam kanallarında reklamlar quraşdırmaq və onları optimizasiya etmək
  • Ay ərzində aparılan marketinq fəaliyyətlərinin hesabatını hazırlamaq

Tələblər:

  •  Ali təhsil
  • Müvafiq  sahə üzrə ən az 1 il iş təcrübəsi
  • Puntual, kreativ və innovativ olmaq
  • Rəqəmsal və ənənəvi marketinq üzrə nəzəri və praktiki biliklər ( Meta ads, google ads və s.)
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Agentlik təcrübəsinin olması üstünlükdür
  • Texnoloji yenilikləri izləyən və inkişafa meyilli
  • AI vasitələrinin istifadəsi üzrə biliklər
  • Motivasiyası yüksək, pozitiv əhval-ruhiyyəsi olan və komanda yönümlü mühitdə effektiv işləmək bacarığı olan namizədlərə üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dili sərbəst və rus yaxud ingilis dili üstünlükdür
  •  Dinamik mühitdə işləməyi bacaran
  • Analitik düşünmə, kreativ yanaşma və təklif vermə qabiliyyətinə sahib olmalı
  • İnkişafa meyilli, yeni biliklər əldə etməyi sevən və həsuliyyətli
  • Motivasiyası yüksək, pozitiv əhval-ruhiyyəsi olan və komanda yönümlü
  • Tapşırıqların idarə edilməsi üçün olan proqlamlarla işləmə bacarığı ( Trello, Jira, Asana və s.) 

Biz nə təklif edirik?

  • Gənc, dinamik və peşəkar kollektivdə işləmək fürsəti
  • Şəhər mərkində iş yeri 
  • Peşəkar inkişaf və inkişaf üçün imkanlar ( təlimlər, seminarlar və s.)
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir və həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi [email protected] mail-in mövzu hissəsinə “Marketinq mütəxəssisi” yazaraq e-mail ünvanına göndərmənizi xahiş edirik.