Azersun Holding İdman (Fitness) mərkəzinin şöbə Müdiri vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Müəssisə: Xəyal adası MMC
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
-
İdman (fitness) sahəsində beynəlxalq səviyyəli təlim və sertifikatlaşdırma proqramlarını tamamlamış olmalı;
-
İdman (fitness) mərkəzinin iş prinsipləri və dinamikasına hakim olmalı;
-
İdman (fitness) mərkəzində hovuz komandasına və iş prinsiplərinə hakim olmalı;
-
Mərkəzin təqdim etdiyi xidmət və məhsulların satışını dəstəkləyəcək mümkün layihələr hazırlaya bilməli;
-
Komandanın növbə planını, qrup dərs proqramını hazırlamağı və yaxından izləməyi bacarmalı;
-
İl ərzində klub daxilində və xaricində klub üzvlərini bir araya gətirəcək tədbirlər təşkil edə bilməli;
-
Komandanın bonus ödənişlərini əksiksiz hazırlayaraq vaxtında aidiyyatı üzrə təqdim etməli;
-
Üzvlərin tələblərinə, ehtiyaclarına və şikayətlərinə həssas olmalı, bu kimi məsələləri şirkət prinsiplərinə uyğun idarə etməyi bacarmalı;
-
Liderlik və üstün ünsiyyət bacarıqlarına sahib olmalı;
-
İdman (fitness) mərkəzinin məsrəflərini ve sərfiyyatını nəzarətdə saxlamağı bacarmalı;
-
Əməyin mühafizəsi və avadanlıqlardan təhlükəsiz istifadə qaydalarını bilməli;
-
Microsoft Office proqramlarını bilməli;
-
Azərbaycan dili – əla, Rus dili – yaxşı, İngilis dili - yaxşı səviyyədə bilməlidir.
İş haqqında məlumat:
-
Müştəri məmnuniyyətini təmin etmək məqsədilə idman (fitness) mərkəzinin səmərəli və standartlara uyğun fəaliyyətinin həyata keçirilməsi;
-
Sağlamlıq və gigiyena ilə bağlı bütün zəruri prosedurların düzgün və vaxtında həyata keçirilməsi;
-
Maliyyə büdcəsi, proqnoz hesabatlarının hazırlanması;
-
Bütün sahələrin və avadanlıqların təmiz və hər zaman işlək vəziyyətdə olmasına nəzarət edilməsi;
-
İdman (fitness) mərkəzi işçilərinin idarə edilməsi, ünsiyyətin düzgün qurulması və onları gündəlik vəzifələrini yerinə yetirməyə həvəsləndirilməsi;
-
İdman (fitness) mərkəzində istifadə olunan bütün avadanlıq və materialların vaxtında təmin edilməsi və səmərəli istifadə edilməsinə nəzarət edilməsi;
-
Satış və marketinq planlarının hazırlanması və həyata keçirilməsi;
-
Sektorun tendensiyalarından daim məlumatlı olmaq, rəqib fəaliyyətlərinin analizinin həyata keçirilməsi;
-
Müştəri yönümlü iş və xidmət yanaşmasının tətbiq edilməsi, müştəri rəylərinin və gözləntilərinin qiymətləndirilməsi;
-
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına əməl edilməsi.
İş yeri: Bakı şəhəri
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İdman (Fitness) Mərkəzi şöbə müdiri” qeyd etməyiniz xahiş olunur.