Pasha Bank Məsafədən Satış üzrə Assistent vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
İşiniz nədən ibarətdir?
-
Bankın üstünlük verdiyi fərdi bank məhsullarının ("MilesSmiles" kart məhsulu, "daxili ipoteka" krediti, "istehlak" krediti və s.) satışına dəstək verilməsi;
-
Fərdi bank məhsullarının müştəri məlumatları əsasında rəsmiləşdirilməsinin həyata keçirilməsi;
-
Fərdi bank məhsulları üzrə sənədləşmənin icra eedilməsi, sənədlərin arxivləşdirilməsinin həyata keçirilməsi;
-
Satışı həyata keçirilmiş sənəd paketinin doğruluğunun mütəmadi olaraq yoxlanması və nəzarətdə saxlanması;
-
Müştərilərə birbaşa bank məhsulları ilə bağlı məlumatların çatdırılması, lazımi sənədlərin alınması və sənədlərin imzalanmasına nəzarət olunması;
-
Müştərilərə birbaşa, telefon, e-poçt və digər elektron vasitələrlə müvafiq məlumatların düzgün çatdırılması (məhsul şərtlərindəki yeniliklər, kampaniyalar və s.);
-
Yönləndirilən müştərilərin cari statusu ilə bağlı aidiyyəti strukturlarla təqibin aparılması;
-
Müxtəlif satış kanalları ilə cəlb edilən müştərilərin sorğularının cavablandırılması;
-
Məhsul və xidmətlərlə bağlı cavablandırılan sorğuları aidiyyəti üzrə istiqamətləndirmək və təqibinin aparılması.
Sizdən nə tələb olunur?
-
Təhsil: Maliyyə və İqtisadiyyat sahəsi üzrə ali təhsil;
-
Tələb olunan iş təcrübəsi: Bank və Sığorta sahəsində telesatış istiqaməti üzrə təcrübəsi olanlara üstünlük verilir;
-
Xarici dillər: İngilis, Rus;
-
Kompüter bilikləri: Microsoft Office.