Fins.az az xəbər verir ki, Dövlət Qurumu "Baş mühasib (Bakı)" vakansiyası elan edir
Əmək funksiyası:
-
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
-
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
-
Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
-
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
-
Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
-
Debitor və kreditor borcların uçotunun aparılması;
-
Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
-
Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
-
Gəlir və xərclərin uçotunun aparılması;
-
Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
-
Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV).
Vəzifə tələbləri:
-
Təhsil pilləsi (minimum) - Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
-
Təhsil ixtisası - Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
-
İş təcrübəsi (minimum) - Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
-
Dil bilikləri - Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
-
Kompüter bilikləri - Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
-
Digər zəruri tələblər:
-
Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
-
Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
-
Problem həll etmə bacarıqları
-
Təqdim etmə bacarığı
-
Detallara diqqət
-
Komandada işləmək bacarığı
-
Analitik düşünmə bacarığı.
Əmək haqqı: 3000-4000 AZN net
CV bu [email protected] email göndərə bilərsiz