PASHA Bank Kredit Analitiki (KOS) üzrə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
İşiniz nədən ibarətdir?
-
Kiçik və orta həcmli müəssisələrin biznes və maliyyə təhlilinin aparılması. Müştərilərlə peşəkar ünsiyyətin qurulması və onlara maliyyə məsləhətlərinin verilməsi.
-
Müştəri Menecerləri və prosesin digər iştirakçıları ilə effektiv əməkdaşlığın təmin olunması.
-
Kredit risklərinin idarə edilməsi. Kreditlərin təhlükəsiz, səmərəli və sürətli şəkildə, Kiçik və Orta Sahibkarlıq Bankçılığı, Kreditlərin Strukturlaşdırılması funksiyasının maliyyələşdirmə standartlarına uyğun olaraq verilməsi.
-
Qərarın verilməsi, kreditləşməni tamamlamaq üçün kredit memorandumu və digər ərizə formalarının doldurulması, Kredit Risklərinin Anderraytinqi Departamentinə və Kredit Komitəsinə təqdim edilməsi.
-
Kredit portfelinin idarə edilməsi.
-
Kreditin Strukturlaşdırılması funksiyasının davamlı inkişafını təmin etmək və işin axışını sürətləndirmək üçün ən uyğun yanaşmanın tətbiq edilməsi və müvafiq təkliflərin verilməsi.
Sizdən nə tələb olunur?
-
Maliyyə, İqtisadiyyat, Bankçılıq və ya müvafiq sahədə bakalavr dərəcəsi
-
Yüksək səviyyədə analitik bacarıqları
-
Yaxşı ünsiyyət və danışıq bacarıqları
-
Maliyyə təhlili və ya hesabatlılığı üzrə iş təcrübəsi
-
Azərbaycan dili – səlis; İngilis dili – yaxşı; Rus dili - arzuolunandır.