Show

05 Fevral

AzerGold-dan - VAKANSİYA

AzerGold CJSC informasiya kommunikasiya texnologiyaları təminatı şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Əsas vəzifə və öhdəliklər:

  • Cəmiyyətdə mövcud olan istifadəçi avadanlıqlarına texniki xidmət göstərmək, və profilaktik tədbirlərin həyata keçirilməsini təmin etmək;

  • Cəmiyyətdə mövcud istifadəçi avadanlıqlarının dayanıqlı işini təmin etmək və onlarda yaranan problemləri aradan qaldırmaq;

  • Korporativ şəbəkə və sistemlərə giriş icazəsi olan istifaçilərini Cəmiyyətdə təsdiq edilmiş qaydalara və İdarə Heyətinin Sədrinin (bundan sonra İHS) göstərişlərinə uyğun istifadə hüquqları ilə təmin edilməsində iştirak etmək;

  • Cəmiyyətdə korporativ şəbəkə və elektron sistemlərdən təsdiq edilmiş təlimatlara uyğun şəkildə istifadə edilməsinə nəzarət etmək;

  • İşə yeni başlamış əməkdaşların istifadəçi avadanlıqlarının və tətbiqi üzrə proqram təminatlarının sazlanmasını həyata keçirmək;

  • İstifadəçi avadanlıqlarının zərərli proqramlardan qorunması məqsədi ilə müvafiq antivirus proqram təminatlarının quraşdırılmasını təmin etmək;

  • Simsiz şəbəkə xidmətinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətinin təmin edilməsində iştirak etmək;

  • Görüş otaqlarında quraşdırılmış video və professional konfrans sistemlərinin işlək vəziyyətdə saxlanılması və fasiləsiz fəaliyyətini təmin etmək;

  • Tədbirlərin keçirilməsi zamanı, zəruri informasiya texnologiyaları xidmətlərinin göstərilməsini təmin etmək;

  • İstifadəçi avadanlıqları üçün zəruri olan təbiqi proqram təminatlarının müəyyən edilməsi, tətbiqinin razılaşdırılması, istifadəçi avadanlıqlarına quraşdırılması və inzibatçılığını həyata keçirmək;

  • İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.

  • Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır. Office proqramları: “Windows” Server ƏS üzrə baza, “client” tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;

  • “MacOs” ƏS üzrə peşəkar biliklər;

  • R“Service desk” proqram təminatı üzrə (Manage Engine, Solarwinds, OTRS) üzrə biliklər;

  • PC, noutbukların təmiri üzrə (“hardware”) biliklər;

  • CCNA, İTİL üzrə nəzəri biliklər arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • İT sahəsi üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır.

  • Müvafiq sahədə 1 ilədək iş təcrübəsi.

link