Show

05 Fevral

Azerbaijan Airlines VAKANSİYA elan edir

Azerbaijan Airlines uçuş heyətinin planlaşdırılması şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.

Uçuş heyətlərinin, pilot və təyyarə bələdçilərini təyyarə tipləri üzrə uçuşlarını planlaşdırmalı, onların gündəlik və aylıq uçuş və iş qrafiklərini tərtib etməli.

Vəzifə öhdəlikləri:

  • “Azərbaycan Hava Yolları”na məxsus uçuşları uçuş heyətləri və təyyarə bələdçiləri ilə təmin etmək ;

  • Uçuş planları barədə pilot və təyyarə bələdçilərinə məlumatların sms və e-mail vasitəsi ilə çatdırılmasını təmin etmək;

  • Pilot və təyyarə bələdçilərinin iş və istirahət vaxtlarına nəzarət etmək;

  • Uçuş heyətlərinə aid olan məlumatların SMS vasitəsi ilə onlara göndərmək;

  • Uçuş sənədlərinin bitmə müddətləri haqqında aylıq hesabat hazırlamaq;

  • Vizaların hazırlanmasını təmin etmək.

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;

  • Şənbə və bazar qeyri-iş günüdür;

  • Bayram və matəm günləri qeyri-iş günüdür;

  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;

  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.

Tələblər:

  • Ali təhsil ;

  • Kompüter bilikləri (xüsusi proqramlar): Microsoft Excel (yüksək səviyyədə), Word (yaxşı səviyyədə) ;

  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (yaxşı);

  • Detallara diqqət yetirmək bacarığı;

  • Hesabat hazırlama bacarığı.

  • Digər dil biliyi olanlara üstünlük verilir.

link