Show

05 Fevral

Aylıq 2000 manatlıq VAKANSİYA

"AzəriMed" QSC "Optika üzrə Tibbi Nümayəndə" vəzifəsi üzrə vakansiya elan edir.
Fins.az şirkətin vakansiya üzrə tələb və öhdəlikləri təqdim edir.

Tələblər: 

Yaş: 23-35;
Xanım namizədlər tələb olunur;
Təhsil: Ali və ya orta təhsil;
Təcrübə: Tibbi nümayəndə olaraq minimum 1 il iş təcrübəsi (Optika sahəsində təcrübənin olması üstünlükdür);
Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət bacarığına malik olmalı (Rus dili biliyi arzu olunandır);
Effektiv kommunikasiya və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

Gündəlik olaraq tibbi müəssisələri və aptekləri ziyarət etmək;
Təyin olunmuş optika məhsullarının tibbi müəssisələr və apteklərdə təqdimatı;
Optika məhsullarının satışını təşkil etmək;
Mütəmadi olaraq görülən işlər barədə hesabatın təqdim edilməsi.

İş şəraiti:

İş qrafiki: Tam iş günü
Əmək haqqı: 1500-2000 AZN

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində  “Optika üzrə Tibbi Nümayəndə” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlavə suallar üçün 055-455-84-04 (Whatsapp) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Fuad Mədətov
Fins.az