Show

26 Yanvar

Marketinq şöbəsinin müdiri - VAKANSİYA

Xalq Sığorta marketinq şöbəsinin müdiri vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Tələb olunan bilik və bacarıqlar:

  • Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;      

  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -yaxşı; ingilis dili– əla səviyyədə.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Marketinq sahəsində ali təhsil;

  • Sığorta və ya bank işində (müvafiq sahədə) minimum 3 il iş təcrübəsi;

  • Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, analiz etmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;

  • Yaradıcı, yenilikçi və kreativ;

  • Problem həlletmə, idarəetmə bacarığı, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətlərinə malik olmalı;

Vəzifə öhdəlikləri:

  • Məhsul spesifikasiyasına uyğun daxili bazarın araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatların hazırlanması. Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;

  • Marketinq strategiyasının, marketinq planının və büdcə planlamasının hazırlanması;

  • Şirkətin yerli bazarda mövqeyini müəyyənləşdirmək, satış qiymətləri, marketinq komunikasiyaları metodlarının analizi;

  • Potensial bazarları və məhsula olan tələbata təsir edən amilləri müəyyən etmək üçün müştəri ehtiyaclarının analizi və hesabatın hazırlanması;

  • İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirmək. Rəqəmsal marketinq trendlərini izləmək və tətbiq etmək;

  • Marketinq sahəsində fəaliyyət planlarının hazırlanması, marketinq sahəsində biznes proses və prosedurların hazırlanmasında iştirak;

  • Şirkətin PR və Reklam siyasətinin hazırlanması;

  • Satış komandası ilə işləyərək daxili və xarici müştərilər ilə əlaqələrin qurulması və davam etdirilməsi (Səlis və Səmərəli Ünsiyyət);

  • Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri, mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparmaq;

  • Bütün fəaliyyətlər zamanı qarşıya qoyulmuş məqsədlərə nail olduğuna və layihələrin əvvəlcədən müəyyən edilmiş büdcə daxilində icra edildiyinə əmin olmaq, marketinq komandasının peşəkar inkişafını təmin etmək, lazım olduqda marketinq xidmətlərinin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi;

  • Potensial müştəri ehtiyaclarını müəyyən etmək, müştəri seçimlərini araşdırmaq və müvafiq məhsul və ya xidmətləri tövsiyə etmək;

  • Uğurlu marketinq kampaniyalarını işləyib hazırlamaq və trendlərə uyğunlaşmaq;

  • Sosial media üçün aylıq post planının hazırlanması üçün lazımi məlumatları vermək;

  • Rəqib analizi, meyarların araşdırılması və inkişaf üçün təkliflər verilməsi;

  • Satışın artırılmasına yönəlik aktivliklər, kampaniyalar təşkil etmə və hesabatlılığın təmini;

  • Yeniliklərdən və məhsul funksionalından xəbərdar olması, həmin məlumatların araşdırması və şirkət üçün faydalı olanları tətbiq etməsi;

  • Şirkətin sosail media hesablarını idarə etmək, kontentin yaradılmasında birbaşa iştirak edib həllər təklif etmək. Gündəlik, həftəlik və aylıq yüksək keyfiyyətli kontentin hazırlanması və sosial mediada paylaşılmasını təmin etmək;

  • Səhifəyə gələn sorğuları müvafiq şöbələrə yönləndirmək və ya cavablandırılmasını təmin etmək;

  • Sosial şəbəkələrdə reklam, aksiya və kampaniyaları yaratmaq və idarə etmək. Kontentləri və səhifənin məzmununu daima inkişaf etdirəcək layihələri təklif etmək və kifayət qədər sərbəst işləməyi bacarmaq;

  • Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək;

  • Web saytın texniki təhlili, rəqabət / açar sözlərin (keyword) araşdırılması və link təhlili də daxil olmaqla məlumatların toplanmasını həyata keçirmək (SEO);

  • Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;

  • Xərclərin aylıq və ya rüblük hesabatlarının hazırlanması.

 Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);

  • İş yeri: Bakı şəhəri 

  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Marketinq şöbəsinin müdiri) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.     [email protected]