Show

30 Yanvar

Aparıcı mühasib - VAKANSİYA

BSC Consulting Outsourcing Company aparıcı mühasib vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Əmək haqqı: 1200-1500 AZN 

Öhdəliklər:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;

  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;

  • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;

  • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması;

  • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi;

  • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması;

  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;

  • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi;

  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması.

  • Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi(MDSS,ÖMV,ƏDV)

  • Statistika hesabatlarının hazırlanması və göndərilməsi

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;

  • Mühasibat müxabirləşmələrini mükəmməl bilən;

  • Mühasibatlıq sahəsində 3 ildən artıq iş təcrübəsi;

  • MS Office, 1C proqramları üzrə qabaqcıl istifadə biliyi;

  • Komandada işləmə bacarığı;

  • Analitik düşünmə qabiliyyəti;

  • İşi planlamaq bacarığı;

  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Aparıcı mühasib” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur.

Əlaqə nömrəsi: 070 493 32 03  [email protected]