PASHA Life strategiya və araşdırmalar şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 08 fevral 2024
Vəzifə Öhdəlikləri:
-
Makroiqtisadi göstəricilər haqqında məlumatlar əldə etmək və göstəricilər üzrə dəyişmələrin Sığorta bazarı və Cəmiyyətin maliyyə göstəricilərinə təsirini araşdırmaq və mümkün maliyyə nəticələri üzrə rüblük hesabatın hazırlamasını təmin etmək
-
Makroiqtisadi və biznes modellərin hazırlanması
-
Maliyyə planlama modellərin qurulması
-
Azərbaycan sığorta bazarı üzrə və qanunvericilikdə baş verən dəyişikliklər haqqında məlumatları əldə etmək və bu dəyişmələrin sığorta bazarı və Cəmiyyətin strategiyasına təsirini araşdırmaq və mümkün nəticələr üzrə hesabat hazırlamaq
-
Bütün dəyişikləklərlə bağlı təsirini ölçmək üçün modellərin hazırlanması, tətbiqi və təkmilləşdiriməsi
-
Strateji Planın tərtib olunması zamanı makroiqtisadi göstəricilərin prognozlaşdırlıması
-
Strateji planın tərtib olunması prosesinin təşkili və prosesin aparılmasında iştirak etmək
-
Strateji və illik ƏFG-lərin təyin olunmasında iştirak etmək
-
Strateji təhlillərin həyata keçirilməsi
-
Strateji Planın icrası zamanı baş verəcək risklərin və imkanların araşdırması
-
Strateji Planın icrası ilə bağlı hesabatların hazırlanması
Namizədə olan tələblər:
-
İş təcrübəsi: İqtisadçı analitik, hesabatlılıq və audit, strateji planlama sahələri üzrə 1 il iş təcrübəsi tələb olunur.
-
Təhsili/ixtisası: Maliyyə, Biznes, Riyaziyyat və Kibernetika, İqtisadiyyat ixtisaslar üzrə bakalavr dərəcəsi
-
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla , Rus dili:orta
-
Üstünlüklər:
-
Maliyyə beynalxalq standartlarının biliklərin olması
-
Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər
-
Makroiqtisadiyyat, Modelləşdirmə, Strateji təhlillər üzrə təcrübənin olması
-
ACCA, DipİFR, CFA 1 sertifikasiyaların olması
-
Kompüter bilikləri: MS Excel:əla , MS Office:əla , MS Outlook:əla , MS PowerPoint:əla
-
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, təsir göstərmə, planlaşdırma.
İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. link