Dövlət qurumu İctimaiyyətlə əlaqələr şöbə Rəhbərinin assistenti vəzifəsinə vakansiya elan edir.
Fins.az tələb və öhdəlikləri təqdim edir.
Öhdəliklər:
-
Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi;
-
Beynəlxalq və yerli tədbirləri təşkil etmək;
-
Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;
-
Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;
-
Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;
-
Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;
-
Mətbuatın gündəlik izlənilməsi;
-
Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;
-
PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.
Tələblər:
-
AR vətəndaşlığı;
-
24-32 yaş;
-
Minimal iş təcrübəsi – 1-3 il;
-
Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
-
Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;
-
Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
-
Güclü kommunikasiya və təqdimat bacarığı;
-
Ali təhsil;
-
Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
-
Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;
-
Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
-
Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
-
Kollektivdə çalışmaq qabiliyyəti.
*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2000 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr şöbəsi, şöbə rəhbərinin assistenti” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. [email protected]