Show

22 Yanvar

Aparıcı Hüquqşünas (Korporativ sahə üzrə) - VAKANSİYA

BSC Consulting Outsourcing Company Aparıcı Hüquqşünas (Korporativ sahə üzrə) vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Əsas vəzifələr:

  • Müqavilə formalarının hazırlanması və hüquqi ekspertizasının həyata keçirilməsi;

  • Hüquqi şəxslərin və xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;

  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;

  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi;

  • Əmtəə nişanlarının qeydiyyata alınması;

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;

  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada cavabların hazırlanmasına nəzarət etmək. 

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;

  • Müvafiq sahədə 2 ildən artıq iş təcrübəsi; 

  • Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə; 

  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir. 

Əmək haqqı 1200-1500 AZN

Vakansiya ilə maraqlanan şəxslərdən  CV–lərini elektron ünvanına Subject/Mövzu hissəsində “Aparıcı hüquqşünas” qeyd etməklə göndərmələri xahiş olunur. [email protected]