Show

22 Yanvar

Rəqəmsal Marketinq Mütəxəssisi - VAKANSİYA

TBC Kredit Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb vəöhdəlikləri təqdim edir.

Öhdəliklər:

  • Xüsusilə Google Ads və Facebook Ads platformalarında rəqəmsal marketinq kampaniyalarının planlaşdırılması, icrası və optimallaşdırılması;

  • Kampaniya performansını artırmaq üçün açar söz araşdırmasının aparılması, rəqiblərin fəaliyyətini təhlil edilməsi və sənaye tendensiyalarından xəbərdar olması;

  • Resurslardan səmərəli istifadə etməklə, nəticələri maksimuma çatdırmaq;

  • Cəlbedici vizuallarla bağlı kontentin yaradılması;

  • Kampaniyaların uğurunu ölçmək üçün izləmə alətlərini tətbiq və təhlil edilməsi və həll yollarının təklif edilməsi.

  • Rəqəmsal marketinq tendensiyaları, alqoritmlər və ən yaxşı təcrübələrdəki dəyişikliklərdən daim xəbərdar olması.

Namizəddən gözləntilərimiz:

  • Təhsil: Marketinq, Biznes və ya müvafiq sahədə bakalavr dərəcəsi;

  • Dil bilikləri: Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət qabiliyyəti, rus və ya ingilis dillərində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət qabiliyyəti;

  • İT bilikləri: MS ofis proqramları (MS Excel, MS Word) üzrə əsas biliklər. Analitik alətlər, rəqəmsal marketinq alətləri və platformaları ilə tanışlıq;

  • İş təcrübəsi: Rəqəmsal marketinqdə, əsasən Google Ads və Facebook Ads-lə, ən azı 2 il sübut edilmiş təcrübə;

  • Müvafiq sahə üzrə biliklər: Google Ads və Meta Ads sertifikatları arzuolunandır;

  • Əlavə tələblər: Əvvəlki marketinq kampaniyalarını nümayiş etdirən portfel təqdim edilməlidir.

Son müraciət tarixi 17.02.2024-cü il

 

Zəhmət olmasa, CV-nizi, email-in mövzu hissəsində vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərin. Yalnız vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Prosesin şəffaflığı və səmərəliliyini təmin etmək üçün, müraciətlərinizi qeyd olunmuş son tarixədək etməyi çalışın. [email protected]