Show

19 Yanvar

Kateqoriya üzrə mütəxəssis - VAKANSİYA

Azersun Holding kateqoriya üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Tələblər:

  • Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);

  • Müvafiq sahədə minimum 1 il iş təcrübəsi (kosmetik və təmizlik);

  • Ünsiyyət qurabilmə, azərbaycan dilində səlis danışıq bacarığı olmalı;

  • Bazar qiymətləri, rəqabətlilik haqqında məlumatlı olmalı;

  • Müxtəlif bölgələrdəki marketləri və müştəri profillərini yaxşı bilməli;

  • Rus və İngilis dili biliyi arzu olunandır;

  • MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməlidir 

Vəzifə öhdəlikləri:

  • Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;

  • Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;

  • Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;

  • Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;

  • Endirim kataloqlarının planlanması;

  • Müxtəlif kateqoriyalarda yeni trendlərin araşdırılması.

İş şərtləri: Həftə içi 5 gün 09:00-18:00.

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kateqoriya üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.