Show

17 Yanvar

İnspektor - VAKANSİYA

Azersun Holding inspektor vəzifəsinə vakansiya elan edir. 

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Tələblər:

  • Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsilli olmalı;

  • MS Office proqramlarını bilməli;

  • ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır)

  • Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.

  • Rus dili və ingilis dili biliyi üstünlükdür

İş haqqında məlumat: 

  • Qida təhlükəsizliyi və gigiyena ilə əlaqədar prosedurların (ISO 22000/2015- 9001) tələb etdiyi qaydalara riayət edilməsinə nəzarət etməli;

  • Depoda meyvə-tərəvəz məhsullarının qəbulu zamanı saxlanma şəraiti, satışa yararlılığına nəzarət etməli;

  • Xam yağların kimyəvi, fiziki, mikrobioloji tərkibinin və orqanoleptik parametrlərinə görə yoxlanılmalı;

  • İstehsal edilən məhsulların keyfiyyət standartlarına uyğunluğunun yoxlanmalı;

  • İstehsal edilən məhsulların keyfiyyəti ilə bağlı uyğunsuzluqların təsbit edilməli;

  • Laboratoriya cihazlarının doğrulama və baxım metodlarını bilməli

  • Proses zamanı keyfiyyət pozuntusunun səbəbini, lazımi tədbirlərin alınmasını, uygunsuzluqların aradan qaldırılmasını izləməli

  • Keyfiyyət və proses parametrələrinin əlaqəsini dəyərləndirib yaxşılaşdırıcı, düzəldici,önləyici qərarları almağı bilməli

  • Keyfiyyət və kritik nəzarət nöqtələrini müəyyən edə bilməyi, təhlükələri dərəcələndirib düzəldici, önləyici fəaliyyətləri almağı bilməli

  • Tədqiq sonrası hesabat hazırlamaq, əlaqədar müəssisə rəhbərinə göndərməlidir.

  • Tabeçiliyində olan işçiləri idarə və koordinasiya etmək üçün idarəçilik və rəhbərlik qabiliyyətinə malik olmalı.

İş Qrafiki: 

  • Növbəli iş qrafiki  

  • Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır

İş Yeri: Kürdəmir və İmişli şəhərləri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “İnspektor” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur. LİNK