Show

17 Yanvar

Auditor - VAKANSİYA

Unibank auditor vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Təsvir:

  • İllik audit planına uyğun olaraq audit yoxlamalarında iştirak etmək;

  • Proses və struktur bölmələri üzrə idarəetmə, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsində iştirak etmək;

  • Audit müşahidəsi və tövsiyələrin yer aldığı audit hesabatlarını hazırlamaq;

  • Daxili audit tövsiyələrinin icra səviyyəsini qiymətləndirmək;

  • Daxili audit fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində layihələrdə iştirak etmək;

  • Rəhbərlər tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • İqtisadi və ya İnformasiya Texnologiyaları, Kompüter elmləri ixtisasları üzrə ali təhsil;

  • Daxili audit, risklərin idarə edilməsi, daxili nəzarət və ya maliyyə istiqamətində baza biliklərinin olması;

  • Azərbaycan Respublikasının Mərkəzi Bankının normativ sənədlərə dair biliklərə malik olması;

  • Analitik təhlil etmə bacarığının olması;

  • Bankdaxili istifadə olunan proqram təminatlarında (Vabank, CRM, UDC və s.) işləmək bacarığı;

  • SQL və ya PL/SQL üzrə biliklər (müstəqil istifadə etmək bacarığı);

  • Microsoft Ofis proqramları ilə sərbəst işləmək bacarığı;

  • Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzu olunandır);

  • Bilik və bacarıqlarını daim artırmağa hazır olmalı;

  • Yüksək ünsiyyət bacarıqları, təşəbbüskar, aktiv, komandada işləmək bacarığı;

  • Vətəndaş qüsursuzluğu;

  • Daxili Audit, Maliyyə və Risklərin idarə edilməsi sahəsində beynəlxalq sertifikatların olması üstünlükdür.

LİNK