Show

16 Yanvar

Müştəri məmnuniyyəti üzrə təmsilçi - VAKANSİYA

Baku Electronics müştəri məmnuniyyəti üzrə təmsilçi vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəliklərini təqdim edir. 

Xüsusi tələblər:

  • Müştəriyönümlü olmaq;

  • Şifahi və yazılı olaraq ünsiyyətqurma bacarığı;

  • Azərbaycan dilini səlis bilmək (rus və ingilis dili arzuolunandır);

  • Microsoft Office proqramlarında işləmək bacarığı;

  • Komanda ilə birgə işləmə bacarığı;

  • Problem həll etmə bacarığı;

  • Stresə davamlı olmaq;

Vəzifə təlimatı:

  • Müştəri müraciətlərini, şikayət və təkliflərini araşdırmaq;

  • Müştəri müraciətlərini, şikayət və təkliflərini aidiyyatı üzrə yönləndirmək;

  • Müştəriləri sorğuları üzrə düzgün məlumatlandırmaq;

  • Məhsulun geri qaytarılmasına və ya dəyişdirilməsinə dair müraciətlər ünvanlandığı zaman müvafiq əməliyyatların icrasını təmin etmək;

  • Şirkətin müştəri xidmətləri siyasətini tətbiq etmək;

  • Müştərilərə yüksək səviyyəli xidmət göstərərək müştəri məmnuniyyətinin qorunmasını təmin etmək;

  • Şirkət və müştəri arasındakı qarşılıqlı münasibətlərin müsbət yöndə inkişaf etdirilməsini təmin etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə təmsilçi” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. [email protected]