Show

15 Yanvar

Mağaza satış meneceri (Bakı, Xaçmaz, İsmayıllı) - VAKANSİYA

Baku Electronics mağaza satış meneceri (Bakı, Xaçmaz, İsmayıllı) vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Tələblər:

  • Satış sahəsində minimum 2 il iş təcrübəsi olmalı;

  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları olmalı;

  • Problemləri effektiv şəkildə həll etməli;

  • Müştərilərə xidmət qaydalarını və metodlarını, satış psixologiyasını və prinsiplərini bilməli;

  • İdarəetmə və təşkilatçılıq bacarıqlarına sahib olmalı.

Vəzifə öhdəlikləri:

  • Mağazanın daxili fəaliyyətlərini gündəlik olaraq tənzimləmək və satışla bağlı bütün əməliyyatlara nəzarət etmək;

  • Mağazada şirkət standartlarının və satış keyfiyyətinin təmin olunmasına nəzarət etmək;

  • Mağaza üzrə satış hesabatlarını, gündəlik, həftəlik və aylıq olaraq hazırlamaq və təqdim etmək;

  • Mağazanın satış həcmini və işçilərin xidmət keyfiyyətini artırmaq üçün lazımi işləri yerinə yetirmək;

  • Gündəlik olaraq satışa nəzarət etmək və satış üzrə qoyulan hədəflərə çatmaq üçün müvafiq tədbirlər görmək;

  • Mağazadakı satış komandasının istiqamətləndirilməsi və idarə olunması üzrə gündəlik toplantılar keçirmək və onlara tapşırıqlar vermək;

  • Satışları artırmaq və gündəlik tapşırıqları yerinə yetirmək üçün bütün işçilərin idarə edilməsini təmin etmək;

  • Satış hədəflərini komanda üzvləri arasında bölüşdürmək və icrasını təmin etmək;

  • Sənədləşmə işinin aparılması, müvafiq qaydada cari əməliyyatların, hesabatların, sənədlərin tərtib edilməsi və məsul şəxslərə göndərilməsini təmin etmək.

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində vəzifə adını və bölgəni qeyd etməklə ( nümunə: “Mağaza satış meneceri (İsmayıllı)” )  elektron ünvanına göndərə bilərlər. [email protected]