Show

12 Yanvar

Baş hüquqşünas (Korporativ sahə üzrə) - VAKANSİYA

BSC Consulting Outsourcing Company Baş hüquqşünas (Korporativ sahə üzrə) vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Vəzifə və öhdəliklər:

  • Bütün növ müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirtmək; 

  • Bütün əqdlərin, o cümlədən beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirərək rəy vermək;

  • İstəilən təşkilati-hüquqi formada hüquqi şəxslərin yaradılması;

  • Xarici şirkətlərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin yaradılması;

  • Hüquqi şəxslərin təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatların dövlət qeydiyyatına alınması: (Hüquqi ünvan dəyişikliyi, təsisçi dəyişikliyi, direktor dəyişikliyi, nizamnamə kapitalının artırılması və ya azaldılması, ad dəyişikliyi, nizamnaməyə-əsasnaməyə edilən hər hansı digər dəyişikliklərin qeydə alınması);

  • Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin Azərbaycan Respublikasında Filial və Nümayəndəliklərinin ləğv edilməsi, ləğvi prosesinin aparılması və reyestrdən çıxarılması;

  • Hüquqi şəxsin yenidən təşkilin (ayrılma, bölünmə və s) qeydiyyatı;

  • Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı lisenziya və icazələrin alınması üçün tələb olunan sənədlərin hazırlanması, toplanılması və müvafiq qurumlara müraciət edilməsi

  • Əmtəə nişanları və coğrafi göstəricilərin qeydiyyata alınması

  • Patentin alınması;

  • Qiymətli kağızların buraxılmasının, yerləşdirilməsinin müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması;

  • Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşaması ilə bağlı icazələrin və iş icazələrin alınması;

  • Bütün struktur bölmələrə, o cümlədən filiallara hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək; 

  • Təşkilat daxilində qanunvericiliyin və korporativ aktların göstərişlərinə düzgün tətbiq edilməsinə nəzarətdə iştirak etmək; 

  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında müdafiə etmək; 

  • İkiqat vergitutmanın aradan qaldırılması ilə bağlı DTA formalarının alınması;

  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq; 

  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin edilmək; 

  • Korporativ hüquqi layihələrin hazırlanmasına dair təkliflər vermək və prossesdə iştirak etmək; 

  • Keçirilmiş yoxlamaların nəticələrinə dair materiallara baxmaq, qanunvericiliyin pozulmasına səbəb olan və ola biləcək halların aradan qaldırılması haqqında təkliflər vermək; 

Baş hüquqşünas aşağıdakıları bilməlidir:

  • Mülki, mülki prosesual, cinayət, cinayət prosesual, əmək, maliyyə, miqrasiya, vergi, gömrük, inzibati hüquqları;

  • Müəssisənin xidmət və maliyyə fəaliyyətini müəyyən edən qanunvericilik aktlarını;

  • Təsərrüfat müqavilələrinin, ümumi müqavilələrin, beynəlxalq müqavilələrin, kollektiv müqavilələrin, tarif razılaşmalarının bağlanması və rəsmiləşdirilməsi qaydalarını;

  • Müasir informasiya texnologiyalarından istifadə etməklə hüquqi sənədlərin sistemləşdirilməsi, uçotu və aparılması qaydalarını;

  • Hesablama texnikası, rabitə və əlaqə vasitələrini

  • İşgüzar ünsiyyət etikasını;

  • Kargüzarlığın təşkilinin əsaslarını;

  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın əleyhinə təhlükəsizlik qaydalarını;

  • Daxili əmək intizamı qaydalarını;

Namizədə olan tələblər:

  • Hüquq  üzrə ali təhsil; 

  • Hüquq sahəsində 5 ildən az olmayaraq iş təcrübəsi; 

  • Dil bilikləri: Rus və ingilis dili yüksək səviyyədə; 

  • Namizədin idarəçilik qabiliyyətinin olması vacibdir. 

  • Yaş məhdudiyyəti: 25 yaş – 55 yaş. 

Şərtlər: 

  • Tam iş günü, iş qrafiki I-Vİ günlər,

  • Əmək haqqı 2000 -2500 +bonuslar. 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini elektron ünvanına Subject/Mövzu hissəsində “ Baş hüquqşünas ” qeyd etməklə göndərmələri xahiş olunur.  [email protected]