Show

12 Yanvar

Katib-referent - VAKANSİYA

Dövlət qurumu Katib-referent vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir

Vəzifə öhdəlikləri:

  • Xidmətin inzibati-sərəncamcı fəaliyyətinin təşkilati-texniki təminatı üzrə işi həyata keçirir;

  • Rəhbərin baxması üçün daxil olan korrespondensiyanı qəbul edir, qəbul edilmiş qərara uyğun olaraq onu iş prosesində istifadə edilməsi, yaxud cavab hazırlanması üçün struktur bolmələrinə və ya konkret icraçılara verir;

  • Xidmətin İcraçı direktorunun imzalaması üçün sənədləri və şəxsi ərizələri qəbul edir;

  • Rəhbərin işi üçün zəruri olan sənədləri və materialları hazırlayır;

  • İcraya daxil olmuş sənədlərin struktur bölmələrinin rəhbərləri və konkret icraçılar tərəfindən vaxtında baxılması və təqdim olunmasını izləyir, rəhbərin imzalaması üçün təqdim olunan sənədlərin hazırlanmış layihələrinin rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlayır, onların keyfiyyətli redaktə olunmasını təmin edir;

  • Rəhbərin tapşırığı ilə məktubları, sorğuları və digər sənədləri tərtib edir, məktub müəlliflərinə cavabları hazırlayır;

  • Rəhbər tərəfindən aparılan iclasların və müşavirələrin hazırlanması üzrə işi (zəruri materialların toplanılması, iştirakçıların tədbirin keçirimə vaxtı və yeri, gündəliyi və qeydiyyat barədə məlumatlandırılması) yerinə yetirir, iclasların və muşavirələrin protokollarını rəsmiləşdirir;

  • Verilmiş əmr və sərəncamların müəssisənin işçiləri tərəfindən icrasına, eləcə də müəssisənin rəhbərinin nəzarət götürümüş göstəriş və tapşırıqlarının yerinə yetirilməsi vaxtına riayət olunmasına nəzarəti həyata keçirir;

  • Rəhbərin göstərişləri üzrə onun işi üçün lazım olan xidməti materialları çap edir, cari informasiyaları məlumatlar bankına daxil edir;

  • Qonaqların qəbulunu təşkil edir, işcilərin xahiş və təkliflərinə baxılmasının operativliyinə komək edir.

Namizədə dair tələblər:

  • Ali təhsil; 

  • Səlis Azərbaycanca səlis danışıq, yazı, ünsiyyət bacarıqları

  • Sahə üzrə minimüm 2 il iş təcrübəsinə malik olmaq;

  • MS Office proqramlarında işləmə bacarığı.

Əmək şəraiti:

  • İş yeri: Bakı şəhəri;

  • İş rejimi: 5 gün, 09:00 – 18:00;

  • Əmək haqqı: 750 AZN və il ərzində 3 dəfə mükafat.

Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini elektron ünvanına, mövzu hissəsində “Katib-referent” yazmaqla göndərə bilərlər. 

Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]