Show

10 Yanvar

Satış, hesabatlılıq və analitika üzrə baş mütəxəssis/mütəxəssis - VAKANSİYA

PASHA Insurance satış, hesabatlılıq və analitika üzrə baş mütəxəssis/mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Vəzifə və öhdəliklər:

  • Satış planlarının və məqsədlərinin hazırlanması;

  • Biznes qərarlarını və ya təşəbbüslərini dəstəkləyən hesabatların və tövsiyələrin təqdim edilməsi;

  • Müqavilələrin ləğvinə nəzarət;

  • Bonus Hesabatlarının hazırlanması;

  • Satış performansının monitorinqi və qiymətləndirilməsi;

  • Satış hədəflərinin əməkdaşlar arasında bölgüsü;

  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

Biliklər:

  • Ali təhsil

  • Dil bilikləri: Azərbaycan və İngilis dili biliyi, Rus dili arzuolunandır

  • MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı

  • Power BI proqramında işləmək bacarığı

Bacarıqlar:

  • Səlis nitq, fikri aydın izah etmə bacarığı

  • Analitik düşüncə qabiliyyəti

  • Stressə davamlılıq

  • Komandada işləmək bacarığı

  • Problem həll etmək bacarığı

Son müraciət tarixi: 31.01.2024

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi e-mail ünvanına göndərin.  [email protected]