Show

07 Yanvar

Filial şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis - VAKANSİYA

“Bank Respublika” ASC Filial şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis vəzifəsi vakansiyasını elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Məlumat bazası üzrə periodik hesabatların hazırlanması;
  • Texniki tapşırıqların yazılması;
  • Proseslərin optimallaşdırılması üzrə təkliflərin hazırlanması;
  • Əməkdaşların fəaliyyət göstəricilərinin təhililinin həyata keçirilməsi;
  • Filiallar ilə sıx əlaqə, filiallar arası proseslərin izlənməsi, təhlil edilərək təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi.

Namizədə qarşı tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və tətbiqi riyaziyyat üzrə təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi;
  • Bank/maliyyə sektorunda təcrübəsi olanlara üstünlük veriləcək;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili və ya İngilis dili orta səviyyədə;
  • Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
  • İri həcmli məlumat bazası ilə işləmək bacarığı;
  • Analitik düşünmə və yüksək təhliletmə qabiliyyəti;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Təzyiq, stress altında işləmək bacarığı;
  • Komanda və insanlar ilə işləmək bacarıqları;
  • Məsuliyyət və detallara qarşı diqqət.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 22  yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində Filial şəbəkələrinin idarəedilməsi üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.