Show

07 Yanvar

Satış Meneceri - Vakansiya

Azpride Group lift, eskalator və giriş sistemlərinin satışı, quraşdırılması və texniki servis xidməti ilə məşğuldur.

Fins.az xəbər verir ki,  Azpride Group  "Satış üzrə Baş Mütəxəssis" vakansiyası elan edir

Namizədə tələblər:

Ali təhsil;

Cins- Xanım/Bəy

  • Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır;
  • Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
  • İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
  • MS Office proqramlarını mükəmməl bilmək ;
  • Müştərilərlə satışın reallaşdırılması bacarığı;
  • Yüksək ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
  • Aktivlik, çeviklik və məsuliyyətlilik.
  • Müştərilərə avadanlıqları təqdim etmək bacarığı;
  • Müştəri portfelinin olması;
  • Satış işinin qurulması bacarığı;
  • Məsuliyyət,dinamiklik;
  • Sürücülük vəsiqəsinin olması;
  • Yaş həddi : 25-45

İş barədə məlumat:

  • Bazarın araşdırılması və yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
  • Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə avadanlıqlar və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Əmək haqqı razılaşma əsasında (Satış həcmindən yüksək bonus);
  • İş qrafiki: 09:00 - 18:00;
  • İstirahət günləri: şənbə və bazar günü.

Maraqlanan namizədlərdən öz CV-lərini poçt ünvanına ([email protected]), mövzu bölməsində “Satış üzrə Baş Mütəxəssis" yazmaqla göndərmələri xahiş olunur.