Show

07 Yanvar

Korporativ satış üzrə mütəxəssis - VAKANSİYA

2005-ci ildən başlayaraq "Xalq Sığorta" ASC universal sığorta şirkəti kimi uğurla öz fəaliyyətini həyata keçirir.  Xalq Sığorta ASC Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 58 750 500 manat təşkil edir.

Fins.az xəbər verir ki, Xalq Sığorta" ASC  "Korporativ satış üzrə mütəxəssis" vakansiyası elan edib.

Tələb olunan bilik və bacarıqlar:

Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;     

Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -əla; ingilis dili–arzuolunandır;

  • Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikalarını bilməli.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (sığorta sahəsində iş  təcrübəsi arzuolunandır);
  • Sərbəst araşdırma qabiliyyəti, analitik düşünmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Nəticəyə əsaslanma, İdarəetmə qabiliyyətli, müştəri yönümlülük, inam yaratma bacarığı;
  • Yüksək nitq mədəniyyəti və təqdimat bacarığı.

Vəzifə öhdəlikləri:

  • Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
  • Bazar araşdırmalarının aparılması, potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
  • Kommersiya təkliflərinin hazırlanması;
  • İşgüzar yazışmaların həyata keçirilməsi və korporativ danışıqların aparılması;
  • Göstərilən xidmətlərin səviyyəsini müəyyənləşdirmək üçün müştərilərdə məmnunluq  dərəcəsini müəyyən etmək, analiz aparmaq və çatışmazlıqları müəyyən edərək rəhbərliyə təkliflərini bildirmək;
  • Satışların artırılması məqsədi ilə şirkətin təklif etdiyi xidmətlərin təqdimatını həyata keçirilməsi;
  • Mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirməsi sahəsində işlərin aparılması;
  • Xidmətlərin satışına aid sorğuların cavablandırılması, tələbin öyrənilməsi və tələbə uyğun məhsulların təklif olunması;
  • Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

 Əlavə məlumat:

  •  İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
  •  İş yeri: Bakı şəhəri 
  •  Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.