Show

29 Dekabr

Süni intellekt mühəndisi - VAKANSİYA

Azercosmos Süni intellekt mühəndisi vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Əsas funksiyalar:

  • “State of the art” kompüter görməsi modellərinin hazırlanması

  • Elmi tədqiqatların aparılması və əldə olunan nəticələr əsasında praktiki həllərin yaradılması

  • Miqyaslanan data emalı konveyerlərinin yaradılması və inkişafı

  • Səmərəli, təkrar istifadə edilə bilən və etibarlı kodun dizayn edilməsi, qurulması və tətbiq edilməsi

  • Bulud əsaslı həllərdən istifadə edərək maşın öyrənmə modellərinin istifadəyə verilməsi

  • İstifadədə olan proqram təminatı və süni İntellekt modellərinin müxtəlif komponentlərinin fərqli aspektlərdən optimallaşdırılması üçün effektivliyinin təhlili, modellərinin performansının təkmilləşdirilməsi, konfiqurasiyası və sazlanması

  • Datanın yoxlanılması, etiketlənməsi və təmizlənməsi.

Tələblər:

  • Ali təhsil (Kompüter elmləri, mühəndisliyi və ya oxşar sahələrdə bakalavr dərəcəsi)

  • Obyekt yönümlü dizayn nümunələri və prinsipləri

  • Təsvirlərin seqmentasiyası, obyektlərin aşkarlanması və generativ modelləşdirmə tapşırıqları üzrə dərin öyrənmə metodologiyalarının tətbiqində güclü nəzəri və praktiki biliklər

  • Dərin öyrənmə kitabxanaları ilə praktiki bilik və kodlaşdırma təcrübəsi (məsələn, TensorFlow, PyTorch)

  • Elmi ədəbiyyatda qabaqcıl anlayışları başa düşmək və tətbiq etmək üçün güclü riyazi qabiliyyət

Arzuolunan tələblər:

  • Peyk təsvirləri ilə iş təcrübəsi

  • Amazon AWS, Google Cloud kimi bulud əsaslı həllər ilə təcrübə

  • İş axınının idarə edilməsi alətləri (məsələn, Airflow) ilə təcrübə

Bizimlə işləməyin üstünlükləri:

  • Yüksək təsirli genişmiqyaslı kompüter görmə layihələri üzərində işləmək

  • Yüksək Performanslı GPU serverlərinə giriş 

  • Elmi nəşrlərin müəllifi olmaq imkanı

  • Əməkdaşlığın təşviq edildiyi və biliyin sərbəst şəkildə paylaşıldığı dəstəkləyici və inklüziv mühit.

  • Rəqəbatcil əmək haqqı

Bu meyarlara uyğun namizədlər CV-lərini 10.01.2024-cü il tarixinədək e-mail ünvanına ““Süni intellekt mühəndisi”” başlığı ilə göndərə bilərlər. [email protected]