Show

28 Dekabr

Satış məsləhətçisi - VAKANSİYA

OMİD Mağazalar şəbəkəsi Satış məsləhətçisi vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Satış məsləhətçisi xanım və bəy namizədlər (Qazax, Şəmkir, Koroğlu, Dərnəgül, Nərimanov, 28 may, Şərq bazarı, Xutor,Gənclik əraziləri üzrə)

İş barədə məlumat:

  • Mağazanın satış işini təmin etməlidir;

  • Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır;

  • Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır;

  • Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli və bütün malların qiymətinin yerində olmasından cavabdehdir;

  • Satış apararkən daim düzülüşə nəzarət etməli və vitrin boşluqlarını aradan qaldırmalıdır;

  • Mağazanın forma geyim tələblərinə riayət etməlidir.

Namizədə tələblər:

  • 18-30 yaşı;

  • Bəsit riyazi biliklərin olması vacibdir;

  • Ali və ya orta təhsilli (peşə və kollec məzunlarına üstünlük verilir);

  • Müvafiq sahədə təcrübənin olması üstünlükdür.

Əmək Şəraiti:

  • Əmək haqqı: 400-500 AZN;

  • İş rejimi: Həftənin 6 günü;

  • Nahar şirkət tərəfindən təmin olunur, bonus və əlavə imtiyazlar da mövcuddur.

Qazax, Şəmkir yalnız xanım namizədlər, Koroğlu, Dərnəgül, Nərimanov, 28 may, Şərq bazarı, Xutor,Gənclik ərazilərində yaşayan yalnız bəy namizədlər CV-lərində yaşadığı ərazini və mövzu hissəsində “Satış məsləhətçisi” başlığı ilə qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 055-500-91-00 [email protected]