Show

26 Dekabr

KOB kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis - VAKANSİYA 

“Bank Respublika” ASC KOB kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis vəzifələri üzrə vakansiyalar elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Banka yeni müştərilərin cəlb edilməsi məqsədi ilə marketinq vizitlərini həyata keçirmək;
  • Müştərilərə bankın KOS kredit və qeyri kredit məhsulları haqqında ətraflı və dolğun məlumat və məsləhətlər vermək;
  • Rəhbərlik tərəfindən qoyulmuş planlara uyğun olaraq müştəri bazasını yaratmaq;
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;

Namizədə qarşı tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə);
  • Kredit sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, ingilis və rus dilləri arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Analitik düşünmə qabiliyyəti;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Satış etmək, danışıqlar aparmaq, müştəri bazası toplamaq bacarığı;
  • Bank fəaliyyətini tənzimləyən qanun və normativlər üzrə biliklər;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13  yanvar 2024-cü il tarixinədək emailin mövzu hissəsində KOB kreditləri üzrə kiçik mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.