Show

26 Dekabr

Çağrı mərkəzinə mütəxəssis (Həkim) - VAKANSİYA

A - Group Insurance Company Çağrı mərkəzinə mütəxəssis (Həkim) vəzifəsinə vakansiya elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

İş barədə məlumat: 

  • İş rejimi 2 növbəlidir,

  • Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat

  • Tibbi sığorta qarşılanır.

Vəzifə öhdəlikləri:

  • Çağrı Mərkəzinə bütün əlaqə vasitələrindən daxil olan (zənglər, WhatsApp, mail, sms, mobil tətbiq, websayt) müştəri sorğularının operativ cavablandırılmaq;

  • Xidmətin keyfiyyətini təkmilləşdirmək üçün müştəri rəylərini toplamaq. Müştərilərin etibar və etimadını qazanaraq onlarla məhsuldar tərəfdaşlıq münasibətləri qurmaq və qoruyub saxlamaq;

  • Çağrı Mərkəzinə müraciət edən sığortalının şikayətlərini dinləyərək düzgün yönləndirilmək;

  • SŞ bazasında tələb olunan məlumatların  qeydiyyata almaq;

  • Klinikalardan, aptek və optikalardan daxil olan sorğuların (zəng və ya modul vasitəsi ilə) sığorta planı və daxili prosedur qaydalarına əsasən cavablandırmaq;

  • ÇM mütəxəssisinin səlahiyyətindən xaric məsələləri daxili qaydalara əsasən (qırmızı və sarı kod) vaxtında səlahiyyətli şəxsə ötürmək;

  • Klinikalarda hospitalizasiyanın, daşınmanın, təcili yardımın təşkil olunmasını təmin etmək, əməliyyata ehtiyac olduqda  ekspertləri məlumatlandırmaq;

  • Rəhbərlik tərəfindən verilmiş reyestrləri və yeni sığortalıların siyahılarının bazaya daxil etmək;

  • Fəaliyyəti ilə əlaqədar  hesabatlar hazırlanmaq və müvafiq əməkdaşlara təqdim etmək;

  • Problemləri vaxtlı-vaxtında müəyyənləşdirmək və həll yollarını müəyyən etmək;

  • Yenilikçi olmaq, işlərin daha yaxşı aparılması üçün təkliflər vermək;

  • Aid olduğu Departament və onun tərkibinə daxil olan şöbələr daxilində İdarə Heyəti sədrinin, eyni zamanda Cəmiyyətin İdarə Heyəti və tabe olduğu rəhbəri tərəfindən verilmiş digər vəzifələri yerinə yetirmək.

Tələblər:

  • Alı Tibb Təhsili;

  • Sığorta sahəsində təcrübə arzuolunandır;

  • Azərbaycan və rus dillərində sərbəst ünsiyyət qurmaq bacarığı, (ingilis dili arzu olunandır);

  • Güclü ünsiyyət qurmaq bacarığı;

  • Müştəri yönümlü, stressə davamlı;

  • MS Office proqramlarını yaxşı bilmək;

  • Komandada işləmək bacarığı;

  • Detallara diqqət yetirmək bacarığı.

CV-ni email ünvanına göndərə bilərsiniz. [email protected]