Show

22 Dekabr

RPA Analitiki - VAKANSİYA

PASHA Bank RPA Analitiki vəizfəsi üzrə vakansiya elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Təsvir:

  • Avtomatlaşdırma imkanlarını və səmərəliliyin artırılmasını müəyyən etmək üçün mövcud biznes prosesləri təhlil etmək;

  • Avtomatlaşdırma üçün tələbləri toplamaq və prosesləri sənədləşdirmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;

  • Sənayedə qabaqcıl alətlər və texnologiyalardan istifadə edərək RPA həllərini layihələndirmək, inkişaf etdirmək və həyata keçirmək;

  • Təkrarlanan tapşırıqları avtomatlaşdırmaq və prosesləri optimallaşdırmaq üçün RPA proqramını və iş axınlarını konfiqurasiya etmək;

  • Təklif olunan avtomatlaşdırma layihələri üçün texniki-iqtisadi əsaslandırmaların və xərc-fayda təhlilini aparmaq;

  • Proses axınları, texniki spesifikasiyalar və sınaq planları daxil olmaqla, proses sənədlərini hazırlamaq;

  • RPA həllərini mövcud sistemlər və tətbiqlərlə inteqrasiya etmək üçün çarpaz funksional komandalarla əməkdaşlıq etmək;

  • Funksionallığı və dəqiqliyi təmin etmək üçün RPA botlarının sınağını və keyfiyyət təminatını həyata keçirmək;

  • Son istifadəçilərə və maraqlı tərəflərə RPA həlləri və ən yaxşı təcrübələr üzrə təlimlər keçirmək;

  • RPA performansını izləmək və qiymətləndirmək, problemləri həll etmək və təkmilləşdirmək.

Tələblər:

  • Kompüter elmləri, İnformasiya Texnologiyaları, Mühəndislik və ya müvafiq sahədə bakalavr dərəcəsi;

  • Biznes Təhlili, Proseslərin Təkmilləşdirilməsi və ya Robotik Proseslərin Avtomatlaşdırılması sahəsində sübut edilmiş təcrübə (4+ il);

  • Biznes prosesləri, iş axınının avtomatlaşdırılması və RPA texnologiyaları (“UiPath”, “Automation Anywhere”, “Blue Prism” və s.) haqqında güclü anlayış;

  • BPMN və ya oxşar proses modelləşdirmə alətlərindən istifadə etməklə prosesin xəritələşdirilməsi və sənədləşdirilməsi üzrə bacarıqlaq;

  • Avtomatlaşdırma təşəbbüslərini idarə etmək üçün məlumat toplamaq, şərh etmək bacarığı;

  • Analitik düşüncə;

  • Proqram təminatının hazırlanması, skript və ya kodlaşdırma dillərində təcrübə üstünlükdür;

  • Müxtəlif komandalar və maraqlı tərəflərlə səmərəli əməkdaşlıq etmək bacarığı;

  • Güclü ünsiyyət bacarığı;

  • RPA alətləri və ya prosesi təkmilləşdirmə metodologiyaları (məsələn, “Six Sigma”) üzrə sertifikatlar arzuolunandır.