Show

22 Dekabr

Kreditlərin İlkin Təqibi üzrə Menecer - VAKANSİYA

By Telecom Kreditlərin İlkin Təqibi üzrə Menecer vakansiyası elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Öhdəliklər:

  • Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə zəng edilməsi;

  • Gecikməyə düşmüş kreditlərlə bağlı borcalan və zaminlə Ofisdə və ya onların ünvanlarında görüşlərin keçirilməsi;

  • Kredit ödənişinin gecikməsi ilə bağlı borcalana və zaminə rəsmi bildirişlərin göndərilməsi;

  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlər görülməsi;

  • Borcalanın cari tarixə maliyyə vəziyyətinin qiymətləndirilməsi;

  • Problemli müştərilərin maliyyə vəziyyətindən asılı olaraq kreditin restrukturizasiya cəlb edilməsi və s.

Tələb olunan bacarıq və təcrübə:

  • Bakalavr dərəcəsi tələb olunur.

  • MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı.

  • Gecikdirilmiş kredit portfelinin idarə olunmasında minimum 3 il iş təcrübəsi

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək və kommunikasiya qurmaq bacarığı.

  • Operativ, stressə davamlılıq, inadkar, təmkinli və problemli borcalanlar ilə əlaqə yaratmaq bacarığı mütləqdir.

İş Yeri: Bakı şəhəri

İş Rejimi: 6 günlük 

Əmək haqqı: 500 AZN + təhkim olunmuş portfel bonusu 1000-2000 AZN